t s

» » Deputat tələbələrə görə spikerə müraciət etdi

Deputat tələbələrə görə spikerə müraciət etdi

10-10-2019, 11:36 Yazar:  Firuzə Baxılıb: 30 Çap et
Deputat tələbələrə görə spikerə müraciət etdiMən və deputat həmkarım Əli Məsimlinin hazırladığı “Təhsil kreditləri haqqında” qanun layihəsi bir neçə il bundan əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub. Lakin orada bir məsələ ilə bağlı fikir ayrılığı yarandı. Bu da bank faizləri ilə bağlı idi.

Bunu Mediaxeberleri.az-a açıqlamasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat bildirib ki, məhz bu fikir ayrılıqlarına görə sənəd plenar iclasın müzakirəsinə çıxarılmadı.

“İndi isə mən və Əli Məsimli təkid edirik ki, “Təhsil kreditləri haqqında” qanun layihəsi yenidən komitədə müzakirə olunsun və məsələni plenar iclasa çıxaraq”, - deyə V.Əhmədov əlavə edib.

O qeyd edib ki, üzvü olduğu komitənin növbəti iclaslarının birində bu məsələ müzakirə oluna bilər.

Bank faizləri ilə bağlı məsələnin həllinə gəlincə, V.Əhmədov bildirib ki, bununla bağlı bank rəhbərləri ilə görüş keçirilməlidir:

“Mən Milli Məclisin sədri cənab Oqtay Əsədova da müraciət etmişəm ki, bank sisteminin sağlamlaşdırılması ilə əlaqədar bank rəhbərləri ilə görüşlər keçirilsin. Amma hələlik bir xəbər yoxdur”.

Qeyd edək ki, Milli Məclisin 30 sentyabrda keçirilən plenar iclasında spiker Oqtay Əsədov “Təhsil kreditləri haqqında” qanun layihəsini parlamentə təqdim etməyə çağırıb.

Sözügedən qanun layihəsi təhsil haqlarını ödəyə bilməyən tələbələrə güzəştli şərtlərlə kreditlərin verilməsini nəzərdə tutur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az