t s

» » TV-də təhlükəli reklam: ekspertlər həyəcan təbili çaldı

TV-də təhlükəli reklam: ekspertlər həyəcan təbili çaldı

10-10-2019, 08:59 Yazar:  Firuzə Baxılıb: 59 Çap et
TV-də təhlükəli reklam: ekspertlər həyəcan təbili çaldı
Son vaxtlar tez-tez yerli televiziyalarda dərman preparatlarının reklamı ilə qarşılaşırıq. Hətta sözügedən reklamlarda bu dərmanların reseptsiz qəbul edilə biləcəyi də vurğulanır. Lakin ekspertlər hesab edirlər ki, hansısa dərmanın həkim tövsiyəsi olmadan qəbul edilməsi məqsədəuyğun deyil və müəyyən fəsadlara yol aça bilər.

Məsələ ilə bağlı Axar.az-a danışan tibb eksperti Adil Qeybulla bildirib ki, dərman vasitələrinin reklamı düzgün deyil:

“Dərman vasitələrinin reklamı qətiyyən doğru deyil. Avropada dərman vasitələrinin reklamı qadağan olunub. Reklam kommersiya məqsədi daşıyır, dərman vasitəsi isə sırf satış məqsədi daşıya bilməz. İstənilən dərmanı ancaq həkim məsləhəti ilə qəbul etmək lazımdır. Buna görə də dərmanın reklamını etmək olmaz. Çünki reklam varsa, hər hansı bir şəxs reklama inanıb həkim məsləhəti olmadan onu alıb istifadə edəcək. İnsan orqanizmləri fərqli olduğu üçün birinə çox yaxşı təsir edən dərman digərinə çox pis təsir edə bilər.

Məsələn, bəzi televiziyalarda uşaqlar üçün qurd əleyhinə dərman reklam olunur. Kimsə alıb bu dərmanın müsbət təsirini görürsə, bu, o demək deyil ki, hər kəsə eyni təsir edə bilər. Valideynlər çox diqqətli olmalı, belə reklamlara aldanmamalıdır”.

Məsələ ilə bağlı saytımıza danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov da qeyd edib ki, Azərbaycanda bəzi işbazlar əhalinin güvənindən istifadə edərək, zərərli dərman vasitələrinin reklamını həyata keçirirlər:

“Təəssüf ki, bəzi işbazlar insanların güvənindən istifadə edərək, zərərli və keyfiyyətsiz dərman vasitələrinin reklamını həyata keçirir və bundan külli miqdarda gəlir əldə edirlər. Ümumiyyətlə, sosial şəbəkə və televiziyalar üzərindən reklam olunan dərman vasitələrinin 70 faizi saxtadır və insan orqanizminə çox zərərlidir”.

E.Hüseynov vurğulayıb ki, belə dərman vasitələrinin reklamını həyata keçirən qurum da məsuliyyət daşıyır:

“Vətəndaş TV-də reklam olunan dərmanı alıb, ziyanını görürsə, məhkəməyə müraciət edə bilər. Daha sonra məsələ araşdırılmalı, reklam edən şəxs məsuliyyətə cəlb olunmalıdır. Azad İstehlakçılar Birliyi dərman vasitələrinin reklamının mümkün qədər azaldılması istiqamətində işlər aparır. Amma bəzi televiziyalar sırf gəlir əldə etmək üçün dərmanları reklam etməyə davam edirlər”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
20:26 TƏHLÜKƏ: Dərmanlar niyə zəhərləyir? Bu ilin əvvəlindən indiyədək 97 nəfər dərmandan zəhərlənib.Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bu barədə açıqlama verib.Qeyd edək ki, bu Kliniki Tibbi Mərkəzinə müraciət edənlərin sayıdır. Azər Maqsudovun sözlərinə görə, il ərzində dərmanların
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
12:05 Dərman vasitələrinin reklamı düzgündürmü? Televiziya kanalları dərman preparatlarını reklam edərkən müəyyən şərtləri yerinə yetirməlidir. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən Milli Məclisin iclasında dərman reklamı ilə bağlı səsləndirilən narahatlığa münasibət bildirilərkən deyilib. Nazirlikdən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az