t s

» » Əməliyyat: Türk ordusu 4 mövqedən hərəkətə keçdi - Video

Əməliyyat: Türk ordusu 4 mövqedən hərəkətə keçdi - Video

10-10-2019, 08:56 Yazar:  Firuzə Baxılıb: 62 Çap et
Əməliyyat: Türk ordusu 4 mövqedən hərəkətə keçdi - Video
Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmalarına qarşı "Sülh çeşməsi" (“Barış Pınarı”) əməliyyatı başlamışdır.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Məqsədimiz cənub sərhədlərimizdə yaradılmağa çalışılan terror koridorunu məhv etmək və bölgəyə sülh, əmin-amanlıq gətirməkdir”, - Ərdoğan bildirib.

Qeyd edək ki, Ərdoğanın açıqlaması ilə paralel olaraq Türkiyə mətbuatı Suriyanın Rasulayn bölgəsinin vurulmasına dair xəbərlər verib.

***

Türkiyə ordusu sərhəddən 30 kilometr içəriyə doğru hərəkət edib və PKK/YPG-nin hədəflərini məhv edib.

***

Türkiyə Silahlı Qüvvələri Tel-Abyaddakı hədəfləri də raketlərlə aramsız olaraq vurmağa başlayıb.

***

YPG/PKK terrorçuları Türkiyə hərbi təyyarələrinin hədəfini məhdudlaşdırmaq üçün təkərləri yandırıb. Ərazini tüstü bürüyüb.



Türkiyə hərbi təyyarələri Haseke bölgəsindəki Mənsurə bəndinə zərbələr endirir.

Bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

***

“Sülh çeşməsi” hərəkatı çərçivəsində Fəratın şərqinə doğru qurudan əməliyyatlar başlanıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

***

Türkiyə Silahlı Qüvvələrinin təşkil etdiyi əməliyyatın ikinci mərhələsində artıq ordu 4 nöqtədən irəliləyir, 3 mövqedən isə hərbi birlik Suriyanın içərisində doğru hərəkət edir.Axar.az





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:12 Türk ordusu 30 kilometr irəlilədi: Aramsız zərbələr endirilir Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmalarına qarşı "Sülh çeşməsi" (“Barış Pınarı”) əməliyyatı başlamışdır. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Məqsədimiz cənub sərhədlərimizdə yaradılmağa çalışılan
07:39 Günnüt əməliyyatı və yaxud Naxçıvan cəbhəsindən ermənilərə "soyuq duş": 2018-ci ilin mayında həyata keçirilən uğurlu hərbi əməliyyatdan bir il ötür 2016-cı ilin aprel döyüşlərində qazandığımız parlaq qələbədən sonra, əməliyyatın strateji tərəfi İrəvan-Yexaqnadzor-Gorus-Laçın-Xankəndi yolunun nəzarətə götürülməsidir Mediaxeberleri.az xəbər verir ki, yola saldığımız bir il ərzində ölkə mediasının və ictimaiyyətinin ən çox diqqət kəsildiyi və
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
18:53 Moskva Suriyada dünyanın xəritəsini cızır Amerikalı ekspert: “Cəsarət göstərməyin vaxtı çatıb” Suriyada vəziyyət gərgin olaraq qalır. Rusiya Hərbi Qüvvələri İŞİD terror təşkilatının mövqelərini bombalayıb. Qruplaşmanın xeyli sayda yaraqlısı və silah-sursatı məhv edilib. Bu arada Rusiyanın Suriyada həyata keçirdiyi hava əməliyyatları və
09:15 Türk ordusunun ən böyük əməliyyatı başladı (VİDEO) Ərdoğan hökuməti terrorçuları Türkiyə sərhədindən uzaqlaşdırmaqda qərarlıdır. Türkiyə Hərbi Hava Qüvvələri bu gecə PKK terrorçularına qarşı bu günə qədər ən böyük hesab edilən əməliyyatlara start verib. ANS PRESS-in məlumatına görə, Kandil başda olmaqla PKK-nın Türkiyə sərhədlərinə yaxın bütün

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az