t s

» » Dəhşət: döyülərək küçəyə atılan 18 yaşlı qız öldü - Təfərrüat

Dəhşət: döyülərək küçəyə atılan 18 yaşlı qız öldü - Təfərrüat

9-10-2019, 22:15 Yazar:  Firuzə Baxılıb: 83 Çap et
Dəhşət: döyülərək küçəyə atılan 18 yaşlı qız öldü - Təfərrüat
Beyləqan rayonunda 18 yaşlı qız küçədə huşsuz vəziyyətdə tapılıb.

Mediaxeberleri.az
Report-a istinadən xəbər verir ki, gənc qız rayonun Kəbirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkarlanıb.

Gənc qızın kənd sakini olmadığı və naməlum şəxslər tərəfindən döyülərək əraziyə atıldığı bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. Gənc qız ağır vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasından Axar.az-a verilən məlumata əsasən, ölən Quliyeva Aygün Mehman qızı xəstəxanaya gətirilərkən koma vəziyyətində olduğundan, onun hansı şəraitdə və kim tərəfindən döyüldüyü hələlik məlum deyil.

Xəstəxanada aparılan müayinələr zamanı A.Quliyevanın aldığı xəsarət nəticəsində kəllə-beyin travması keçirdiyi və çanaq nahiyəsində çoxsaylı sınıqların olduğu aşkarlanıb.

Yuxarı Aran bələdiyyəsinin sədr müavini Əhməd Məmmədov Axar.az-a bildirib ki, Kəbirli kəndi ərazisində yol kənarında huşsuz vəziyyətdə tapılan 18 yaşlı Aygün Quliyevanın ailəsi Yuxarı Aran kəndində yaşayır. Qızın tapıldığı kənd isə Kəbirli kəndidir.

Bələdiyyə sədrinin müavini deyib ki, hadisəni qətiyyən ailə üzvləri törətməyib:

“Hazırda biz də dəfndəyik. Ailə özü də olduqca pis vəziyyətdədir. Polis hadisə ilə bağlı araşdırma aparır. Ailənin özünün də qızının kimin tərəfindən döyülüb yol kənarına atılması barədə məlumatı yoxdur. Rayon Polis Şöbəsi, hətta rəis özü də bu işlə məşğuldur.

Ailə bizim qonşuluğumuzda yaşayır. Mədəni və problemsiz ailədir. Kəndə də hamı o ailəni sakit bir ailə kimi tanıyır. Ölən xanımın atası olduqca sakit biridir, anası da idarədə xadimə işləyir. Ailə özü Yuxarı Aran kəndində yaşayır. Qızın tapıldığı kənd isə Kəbirli kəndidir. İki kənd arasında 30-40 kilometr məsafə var. Gecə vaxtı onun ora necə getməsi hamıya maraqlıdır. Xanım təhsilsizdir və 9-cu sinifdən sonra oxumayıb. Heç bir fiziki və əqli qüsuru yoxdur. Xanım nə oxuyur, nə də işləyirdi. Qaçırılma ehtimalı da yoxdur. Rayon yeridir və gecə vaxtı kimində evindən qızın qaçırılması mümkün deyil”.

Ə.Məmmədov bildirib ki, A.Quliyeva ailənin 4-cü uşağıdır:

“Ailədə 6 uşaqdırlar. Aygün dördüncü uşaqdır. Ondan böyük iki qardaşı və bir bacısı var. Qardaşları da rayonda yaşayır. Kənd adamıdır hamısı. Qardaşları çobanlıq edir.

Ailə üzvlərindən kiminsə belə bir hadisəni törətməsi ehtimalı yoxdur. Ailə hazırda pərişan vəziyyətdədir. Ümid edirik ki, hadisəni törədən, bu işdə əli olan şəxs və ya şəxslər tez bir zamanda tapılacaq”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Orxan Mansurzadə Axar.az-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı araşdırmalar aparılır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az