t s

» » Müsavata Tofiq təhlükəsi və “Yurd”un KXCP planı – Kərimlinin oyunu baş tutacaqmı?

Müsavata Tofiq təhlükəsi və “Yurd”un KXCP planı – Kərimlinin oyunu baş tutacaqmı?

9-10-2019, 13:28 Yazar:  Firuzə Baxılıb: 77 Çap et
Müsavata Tofiq təhlükəsi və “Yurd”un KXCP planı – Kərimlinin oyunu baş tutacaqmı?
Müsavatın qurultayı yaxınlaşdıqca başqan seçimlərinin kimin xeyrinə yekunlaşacağına dair suallar ətrafında müzakirələr də qızışır. Üç namizəd var: hazırkı başqan Arif Hacılı, tanınmış müsavatçı Yadigar Sadıqlı və həbsdən çıxandan sonra Əli Kərimlinin “qənədləri” altına sığınmış Tofiq Yaqublu. Namizədlər vitrinində Arif Hacılı üstün görünsə də kənardan uzanan barmağın ona problem yaradacağı da istisna olunmur. Deyəcəksiniz ki, söhbət hansı barmaqdan və ya kimin barmağından gedir? Cavab verim: əlbəttə ki, Əli Kərimlinin.

Aydındır ki, başqanlıq uğrunda mübarizə əsasən Arif Hacılı ilə Tofiq Yaqublu arasında gedəcək. Daha doğrusu, proses artıq başlayıb. Namizədlər xeyli müddətdir ki, təbliğat işlərilə məşğul olur, qurultay nümayəndələri ilə görüşlər keçirib dəstək almağa çalışırlar. İlk baxışdan normal və təbii mənzərədir: Müsavatçı namizədlər partiyadakı əsas post uğrunda mübarizə aparırlar. Amma...

Pərdənin arxasında tamam başqa oyunlar gedir. İş burasındadır ki, Tofiq Yaqublunun namizdəliyi layihə olaraq ortaya atılıb və bu layihənin müəllifi də, dediyim kimi, Əli Kərimlidir. Onun patronajlığı ilə Müsavata qarşı qurulmuş plan hazırda tam gücü ilə işə salınıb. Məqsəd Müsavat Partiyasını ələ keçirmək, onu AXCP-nin yedək təşkilatına çevirməkdir.

Oyuna xeyli əvvəldən başlayıblar - Tofiq Yaqublu həbsdə olduğu dövrlərdən. “Darda olanların həmdəmi”, “Çarəsiz qalanların dəstəkçisi” kimi obrazlarda özünü dəfələrlə sınamış Əli Kərimli bu gün işə saldığı planın təməl daşlarını Yaqublu ailəsinin dəstəkçisi roluna girərkən atıb. Hiyləgər davranışlarla elə təsəvvür yaratmağa çalışdı ki, guya müsavatçılar Tofiq Yaqublunu tamamilə unudub, ailəsini taleyin ümidinə buraxıblar və yalnız AXCP-nin “humanitar missiyası” ilə çarəsizlərin dərdinə əlac qılmaq mümkün olub. Bütün bunların hamısı Tofiq Yaqublunu AXCP-yə və Milli Şuraya meyilləndirmək üçün idi. İstəyinə nail oldu – bazarlıqlar, bayram ziyafətləri öz işini görərək Tofiq Yaqublunu Əli Kərimliyə biət etməyə həvəsləndirdi...

Tofiq Yaqublunun həbsdən çıxdığı dövrdən bu vaxta qədərki fəaliyyətini analiz etdikdə, onun müsavatçı kimi təqdim olunmasına əsas yarada biləcək balaca bir elementə də rast gələ bilmərik. Təsadüfi deyil ki, bu gün Tofiq Yaqublu siyasi çevrələrdə, “Müsavat vəsiqəsi daşıyan Əli Kərimli” əsgəri kimi “ad çıxarıb”. İndi bu adam Müsavat Partiyasının başqanlığına namizəddir. Çünki layihə belədir, qurulmuş plan bunu tələb edir. Əli Kərimli onun vasitəsi ilə Müsavatı özününküləşdirmək, bu partiya üzərində tam nəzarət imkanları əldə etmək istəyir. Deyə bilərik ki, hədəfin bir addımlığındadır – müsavatçılar gizli görüşlərdə, separatçı danışıqlarda Tofuq Yaqublunun xeyrinə ortaya atılan “arqumentlərin” təsiri altına düşüb Arif Hacılıdan üz çevirərlərsə, bu halda Müsavat kimi qos-qoca partiya Əli Kərimlinin iradəsindən asılı vəziyyətə düşəcək qədər yaman günə qalacaq. Odur ki, Qurultay nümayəndələri yanılmamalı, Müsavata AXCP-nin arxasınca sürünmək, Əli Kərimlinin barmağı ilə idarə olunmaq taleyini yaşatmamalıdırlar. Bacaracaqlarmı? Oyunu poza biləcəklərmi? Gözləyək, qarşıdakı günlərdə bir çox suallara aydınlıq gələcək. Hələliksə ancaq bunu deyə bilərik:

İSA KÖMƏYİNİZ OLSUN!

***


Əli Kərimli təkcə Müsavatı deyil, Klasssik Xalq Cəbhəsi Partiyasını da hədəfə alıb. Mirmahmud Mirəlioğluna qarşı aparılan kampaniyanın arxasında da onun barmağı görünür. Əli Kərimli başqa bir “Tofiq Yaqublunu” da KXCP-nin sədri postuna namizəd hazırlayıb – Oqtay Gülalıyevi. Taleyin ironiyasıdır – bir vaxtlar partiyadan qovdurduğu, Elçibəy sevdalısı, Mirmahmud Mirəlioğlu tərəfdarı kimi “qara siyahıya” saldığı KLASSİK cəbhəçidən elə Mirmahmud Mirəlioğluna qarşı istifadə edir. Başqalarını “əqidəsizlikdə”, “prinsipsizlikdə”, “mövqe dəyişikliyində” ittiham edənlər Kərimlidən hansı zərbələri aldıqlarını unudaraq illərlə çörək kəsdikləri, çiyin-çiyinə dayandıqları, ağsaqqal dedikləri adamı rüsvay etmək üçün bütün vasitələrə əl atırlar. Özü də bu işə qol çirməyərək girişiblər – üzücüdür, eybəcər mənzərədir. Böyük-kiçik münasibətləri, dosltluq əlaqələri, illərin haqq-salamı... Hamısının üsündən xətt çəkiblər.

Hamı bilir ki, KXCP sədrinə qarşı aparılan kampaniya heç bir halda onun hansısa “yalnışına”, “idarçəlikdəki nöqsanlarına” görə deyil. Baş verənlərin alt qatında KXCP-ni Əli Kərimliyə təslim etmək kimi böyük bir plan dayanır. Reallaşarsa, həyata keçirməyi bacararlarsa, bu halda Gülalıyev KLASSİK xonçanı aparıb qoyacaq Əli Kərimlinin qarşısına.

KXCP-çilər belə bir aqibətlə üzləşmək istəyərlərmi?

Əli Kərimlinin KXCP üzərində hömkranlıq etməsinə imkan verərlərmi?


Hələlik bu suallara da dəqiq cavab vermək çətindir. Görünən odur ki, KXCP-çilər hansı təhlükəli situasiya ilə üzləşdiklərini hələ dərk edə bilməyiblər. Yaranmış vəziyyət dəqiq qiymətləndirilsəydi, indi həyəcan təbili çalınmalı idi...

Sabah gec ola bilər! Bir də gözlərini açarlar ki, Mirmahmud Mirəlioğlunun yerində Əli Kərimli oturub, Bəybala Əbilin kabinetini veriblər Fuad Qəhrəmanlıya, Xəzər Teyyublunun otağını isə Seymur Həzi üçün ayırıblar. Qərargahın qapısında da iri hərflərlə yazılıb: YURD

Dirəniş indi göstərilməsə, təhlükənin qarşısını almaq üçün gərəkli addımlar atılmasa, sabah Ağanın cəddi də KXCP-ni xilas edə bilməyəcək!




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
14:28 "Müsavatın indiki rəhbərliyi tarix qarşısında məsuliyyətini dərk edə bilmir" - Qubad İbadoğlu Mediaxeberleri.az Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun "Report"a müsahibəsini təqdim edir: - Fevralın 6-da Müsavat Divanın qərarı ilə partiyadan xaric edildiniz. Partiya üzvlüyünə bərpa edilməklə bağlı hansısa addım atacaqsınızmı? - Birinci
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az