t s

» » Azərbaycanda daha bir nazir vəzifəsindən azad olunacaq

Azərbaycanda daha bir nazir vəzifəsindən azad olunacaq

9-10-2019, 13:15 Yazar:  Firuzə Baxılıb: 58 Çap et
Azərbaycanda daha bir nazir vəzifəsindən azad olunacaqAzərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov vəzifəsindən azad oluna bilər.

Mediaxeberleri.az xəbər verir ki, bu haqda məlumatı musavat.com yayıb.

Sayt bildirir ki, Məmmədyarovun istefaya gedə biləcəyi ilə bağlı xəbərlər yeni deyil: "Təcrübəli diplomat olan E.Məmmədyarov təəssüf ki, illərdir XİN-i "hücum diplomatiyası”na kökləyə bilməyib. Son illər "dqr”ə qanunsuz səfərlərin artması, qondarma qurum rəhbərliyinin xarici ölkələrə dəvəti də XİN-in xarici siyasət kursunda "dişsiz siyasətinin” nəticəsi hesab olunur. Azərbaycan iqtidarına Qərb dairələrindən ara-sıra artan hücumlarda da E.Məmmədyarovun fəaliyyətsizliyinin müəyyən rolu olduğu deyilir”.

Xəbərdə qeyd olunur ki, məlumatlı mənbələr iddia edir ki, 2004-cü ildən nazir işləyən Məmmədyarov istirahət arzusundadır. Bu günlərdə erməni mənbələri də E.Məmmədyarovun istefa verə biləcəyini iddia ediblər.

Xəbərdə həmçinin ötən gün baş nazir vəzifəsindən azad olunan Novruz Məmmədovun Xarici işlər naziri təyin olunma ehtimalı da irəli sürülüb.

Qarabağ məsələsi ilə bağlı danışıqlarda ən məlumatlı adamlardan biri olan N.Məmmədovun nazir ola biləcəyi ehtimalı haqda indi düşünmək sensasiya sayıla bilməz. 72 yaşına baxmayaraq, N.Məmmədov iqtidar komandasında hələ də işləyə bilər. Onun BMT-də Azərbaycanın daimi nümayəndəsi təyin edilə biləcəyi də mümkün variantlardan biridir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
20:17 Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi. Mediaxeberleri.az xəbər verir ki, 19 Mart 2019-ci il tarixində Novruz bayramı ilə bağlı Ağstafa rayon İcra hakimiyyətinin və Ağstafa Aqroparkın təçkilatçılığı ilə rayonun Qarabağ
22:55 Mahmudovçu şəbəkənin daha bir üzvü: Akim Bədəlov çətin durumda – ŞOK DOSYE Mingəçevirdə yerləşən “Azərbaycan İES”-də baş verən qəzadan sonra ölkə ərazisində 2 gün elektrik enerjisinin verilişində problem yarandı. Ölkənin böyük bir hissəsinin işıqla təminatının Mingəçevirə möhtac qalması, yeni suallar ortaya çıxarır. Nə üçün hələ də Azərbaycanda alternativ və bərpa edilən
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az