t s

» » “Bizim jurnalistika ölkədə baş verən olayları operativ cəmiyyətə ötürür" - Əflatun Amaşov

“Bizim jurnalistika ölkədə baş verən olayları operativ cəmiyyətə ötürür" - Əflatun Amaşov

9-10-2019, 12:55 Yazar:  Firuzə Baxılıb: 46 Çap et
“Bizim jurnalistika ölkədə baş verən olayları operativ cəmiyyətə ötürür" - Əflatun Amaşov“Mətbuat Şurasına daxil olan şikayətlərin yarıya qədəri saxta xəbərlərlə bağlı olur”.

Mediaxeberleri.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Tbilisidə jurnalistlərə açıqlamasında bildirib.

Gürcüstan paytaxtında keçirilən “Dəyişən şəraitdə KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinin möhkəmləndirilməsi” mövzusunda XVI Cənubi Qafqaz media konfransında iştirak edən Ə.Amaşov deyib ki, bu cür xəbələrin yayılmasına bəzən bilərəkdən yol verilir: “Bəzən isə saxta xəbərlər bilməyərəkdən və peşəkarlığın çatışmazlığına görə yayılır. Mətbuat Şurasında bu məsələ müzakirə olunur və təqdim etdiyimiz təkliflərdə bu problemin aradan qaldırılması yollarnı müəyyən edirik. Jurnalistlərə tövsiyəmiz ondan ibarətdir ki, xəbərlərə sayğı ilə yanaşsınlar və yoxlamadan onları cəmiyyətə çatdırmasınlar”.

Şura sədri vurğulayıb ki, Azərbaycan jurnalistikası regionun güclü jurnalistikasıdır. “Bizim jurnalistika peşəkardır və ölkədə baş verən olayları operativ və obyektiv olaraq cəmiyyətə ötürür. Azərbaycan mediası həmçinin ölkə ilə bağlı xəbərlərin dünyada yayılmasında ən demokratik institutlardan biri kimi çıxış edir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
22:33 Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sədrinin birinci müavini seçilib Sentyabrın 12-13-də Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilib. Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, toplantını giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov tədbirin iştirakçısı olan yerli və xarici
21:03 Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib- KİV-in maliyyələşməsi məsələsi yenə gündəmdə olub Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Toplantını giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib. İclasda öncə Azərbaycan Respublikası Prezidenti yanında
09:33 “Bizə düşmən kəsilənlər də var” - Əflatun Amaşov Azərbaycan jurnalistlərinin martın 10-da keçiriləcək VII qurultayına çox az bir zaman qaldığı ərəfədə Mətbuat Şurasının sədri Əflatun Amaşov “Yeni Müsavat”ın qonağı olub. “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan, baş
09:27 Əflatun Amaşov: "Vəziyyətlə bağlı Prezidentə müraciət etmişik, cavab gözləyirik" - Müsahibə Manatın dəyərdən düşməsi bütün sahələrə təsir etdiyi kimi, mətbuatın da durumu kifayət qədər ağırlaşıb. Kağızın qiymətinin bahalaşması, çap xərclərinin artması yazılı medianı çıxılmaz durumla üz-üzə qoyub və dövlətin mətbuatı xilas tədbirləri barədə qərarı olmasa, sonuc heç də yaxşı olmayacaq.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az