t s

» » Azərbaycanlı gənci öldürən müdirə 15 il həbs verildi

Azərbaycanlı gənci öldürən müdirə 15 il həbs verildi

9-10-2019, 11:12 Yazar:  Firuzə Baxılıb: 33 Çap et
Azərbaycanlı gənci öldürən müdirə 15 il həbs verildiTürkiyədə 27 yaşlı Azərbaycanlı gənc Süleyman Nufarovu öldürən cinayətkara 15 il həbs verilib.

Mediaxeberleri.az-ın məlumatına görə, ötən il Azərbaycandan Türkiyəyə işləməyə gələn bir uşaq atası Süleyman Nufarov 41 yaşlı tanışı Süleyman K.-nin rəhbərliyi altında tikintidə fəhlə kimi çalışmağa başlayıb. Tikintidə işləyən və lakin məvacibini ala bilməyən Süleyman Nufarov işdən ayırılıb.

O, bir müddət sonra 300 lira borcunu tələb etmək üçün Süleyman K.-nın yanına gedib. Azərbaycana qayıdacağı üçün Süleyman K.-dan pulunu tələb edən Süleyman Nufarov arasında qarşıdurma yaranıb.

Süleyman K qarpız bıçağı ilə Süleyman Nufarovu ağır yaralayıb.

Süleyman Nufarov yerləşdirildiyi Uludağ Universiteti Tibb Xəstəxanasında həyatını itirib.

Ötən ilin iyul ayında baş verən hadisədə saxlanılan Süleyman K.-nin məhkəməsi keçirilib. Süleyman K məhkəmə qarşısında ağlayaraq göz yaşlarına hakim ola bilməyib. O, hadisəni bilməyərəkdən törətdiyini qeyd edib: “Mənə bildirdi ki, bu gün pulumu qaytarmalısan. Məndə qarpız bıçağı ilə onu öldürdüm. Kaş ki, mən öləydim! (Ağlayıb)”.

Hakimin qərarı ilə, Süleyman K.-ya 15 il həbs cəzası verilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az