t s

» » Qarabağda ssenari təkrarlanır: hazır olun - Erməni politoloq

Qarabağda ssenari təkrarlanır: hazır olun - Erməni politoloq

8-10-2019, 14:49 Yazar:  Firuzə Baxılıb: 52 Çap et
Qarabağda ssenari təkrarlanır: hazır olun - Erməni politoloqNikol Paşinyanın siyasi maraqlarına xidmət etmək naminə qanun pozanlar bilməlidir ki, Hitlerin SA hücum qruplarını istifadə edib məhv etdiyi kimi, onlar da atılacaq və ya məhv ediləcəklər.

Mediaxeberleri.az xəbər verir ki, bu sözləri erməni politoloq Andranik Tevanyan Feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, bütün bunları həmçinin digər bir inqilabçı – Mao Tszedun da edib. O, hunveybin (qırmızı qvardiyaçılar) və zaofanlardan istifadə edib. Onlar Maonun mədəni inqilabının mühafizəçiləri olublar.

“Hunveybinlər hakimiyyətin fikirlərini bölüşməyənlərin ofislərinə hücum edən xuliqan dəstələri olub. Bundan əlavə polisin laqeyd nəzərləri altında onlar əks-inqilabın qarşısını almaq və “mədəni inqilabı” həyata keçirmək üçün qətllər təşkil edirdilər. Reallıqda isə bu dəstələr sadəcə Maonun hakimiyyətini möhkəmləndirirdilər. Hunveybinlərin qanunsuz istifadəsindən sonra Mao onları sadəcə məhv etdi, bir vaxtlar zombiyə çevrilmiş bu qrupa qarşı Çin ordusunu qoydu”, - Tevanyan bildirib.

“İndi də bizim doğma inqilabçımız qanunsuz əməllər törədilməsi üçün öz xuliqanlarını göndərir. Bunun 2 anlamı var: 1. Paşinyan artıq onu müdafiə edən kütləyə sahib deyil və yerli “hunveybinlər”ə güvənməyə məcburdur. 2. Erməni xalqı ötən əsrin 90-cı illərində olduğu kimi qanunsuzluqlarla dolu vaxtlara qayıdır. Bütün bunlardan belə çıxır ki, 90-cı illərin ssenarisi Qarabağ məsələsində də təkrarlana bilər. Hər şeyə hazır olmalıyıq”, - erməni politoloq yazıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:43 Oktyabr İnqilabının sifarişçiləri - Lenin kimə xidmət edirdi? Dünya tarixində baş verən inqilabların əksəriyyətinin arxasında xarici qüvvələr dayanır. Heç bir halda maliyyələşməyən inqilab baş tuta bilməz. 20-ci əsrin ən böyük inqilabı isə 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr İnqilabıdır. Oktyabr İnqilabı barədə kifayət qədər məlumat, kitab, film var. Bəs
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az