t s

» » Qaxda partlayışda yaralananların kimlikləri məlum oldu - SİYAHI

Qaxda partlayışda yaralananların kimlikləri məlum oldu - SİYAHI

8-10-2019, 11:58 Yazar:  Firuzə Baxılıb: 30 Çap et
Qaxda partlayışda yaralananların kimlikləri məlum oldu - SİYAHIQaxda partlayış baş verib, xəsarət alanlar var.

Mediaxeberleri.az-ın Şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarında Qax rayon Kommunal Təsərrüfat və İstehsalat Birliyinin işçiləri şəhər ərazisində torpaq yayan zaman naməlum səbəbdən partlayış baş verib.

Nəticədə xəsarət alan 4 nəfər Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.

***

Qaxda partlayış olub.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Partlayış nəticəsində 5 nəfər rayon sakini xəsarət alıb. Xəsarət alanlar - 39 yaşlı Nuruşvili Tamazi, 49 yaşlı Zeynalaşvili Cemali, 26 yaşlı Daroşvili Sardion, 31 yaşlı Nuroşvili Dato və Papiaşvili Beka rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan ikisinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, partlayış qazıntı işləri aparılan zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:16 Ağstafada kənd təsərrüfat məhsullarının Novruz yarmarkası davam edir Ağstafada kənd təsərrüfat məhsullarının Novruz yarmarkası davam edir Mediaxeberleri.az xəbər verir ki, 16-21 mart tarixlərində Ağstafada Novruz bayramı ilə bağlı kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilir. Yarmarkada iştirak edən Kənd təsərrüfat naziri İnam Kərimov təşkil olunan
10:43 İcra başçısı Zaqatalanın dizini necə büküb... - İTTİHAM Zaqatalada cərəyan edən hadisələr əslində rayonun icra başçısı Mübariz Əhmədzadənin yarıtmaz fəaliyyətinin nəticəsidir. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda deyilir. Artıq neçə müddətdir ki, bu rayonun bir sıra dövlət strukturlarına aid olan idarə və təşkilatlarının fəaliyyəti tənqid
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
16:03 Ağstafanın kommunal işçiləri gücləndirilmiş iş rejimində çalışırlar Yağan yağışın yarada biləcəyi fəsadların təcili olaraq aradan qaldırılması üçün Ağstafanın kommunal təsərrüfatının işçiləri gücləndirilmiş iş rejimi ilə işləyirlər. Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin 27 may 2015 -ci il tarixli, 15 saylı sərəncamı ilə Qabil Çingiz oğlu
00:13 Şəhər və rayonların icra başçıları kimlərdir? - SİYAHI Hər il dövlət büdcəsindən yerli icra hakimiyyəti orqanlarına külli miqdarda vəsait ayrılır. Bölgələrdən gələn şikayətlər bunu deməyə əsas verir ki, ayrılan vəsaitlər heç də hər zaman təyinatı üzrə xərclənmir. Hər bir icra başçısı vəzifə səlahiyyətindən sui-istifadə edərək həmin ərazidə “at

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az