t s

» » “Qarabağ” Assosiasiyası “Qarabağ”-“Düdelanj” oyununda törədilmiş təxribatla bağlı Lüksemburq polisinə məktub ünvanlayıb

“Qarabağ” Assosiasiyası “Qarabağ”-“Düdelanj” oyununda törədilmiş təxribatla bağlı Lüksemburq polisinə məktub ünvanlayıb

8-10-2019, 07:50 Yazar:  Firuzə Baxılıb: 44 Çap et
“Qarabağ” Assosiasiyası “Qarabağ”-“Düdelanj” oyununda törədilmiş təxribatla bağlı Lüksemburq polisinə məktub ünvanlayıb
Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Assosiasiyası və Azərbaycan-Lüksemburq Ticarət Palatası UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Düdelanj” oyununda bir qrup erməni tərəfindən törədilmiş təxribatı kəskin şəkildə qınayıb və bunu idmanda qəbulolunmaz siyasi akt kimi qiymətləndirib.

“Qarabağ” Assosiasiyası və Azərbaycan-Lüksemburq Ticarət Palatasının təşkilatçılığı ilə erməni təxribatına etiraz olaraq bu ölkədə yaşayan azərbaycanlılar adından Lüksemburq polisinə məktub ünvanlanıb. Polisə ünvanlanan məktub 30-dan çox soydaşımız tərəfindən imzalanıb.

Məktubun bir nüsxəsi Lüksemburqun Baş nazirinə də göndərilib. Məktubda bu təxribatın siyasi akt olduğu və Lüksemburqun imicinə zərər vurduğu bildirilib.

Soydaşlarımız terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçılarının belə çirkin əməllərini digər sahələrdə olduğu kimi, idman sahəsində də nümayiş etdirdiklərini bildiriblər. Erməni təxribatçılarının bu hərəkətlərinin qəbuledilməz olduğunu diqqətə çatdıraraq, belə halların gələcəkdə qarşısının alınması üçün ciddi tədbirlər görülməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, erməni təxribatından sonra Lüksemburqun İdman naziri Dan Kersch baş verən hadisəyə görə lüksemburqlular adından üzr istəyib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:28 Lüksemburqun İdman naziri erməni təxribatına görə Azərbaycandan və “Qarabağ”dan üzr istədi - YENİLƏNİB Lüksemburqun İdman naziri Qarabağın paltardəyişmə otağına gedib və futbolçularımızdan şəxsən üzr istəyib. O, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu bildirib. Daha sonra nazir qondarma Dağlıq Qarabağ bayrağını qaldıran təxribatçını tapıb cəzalandıracaqlarını bildirib. 23:48 Avropa
08:01 Prezident İlham Əliyev final oyununa baxdı - FOTO Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub. Mediaxeberleri.az Azərtac-a istinadən xəbər verir ki, Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti
08:26 Gəncə sakini Ilham Əliyevə yenidən müraciət etdi: “Azərsu” ASC təxribatla məşğuldur - İDDİA Redaksiyamıza Gəncə şəhərində qeydiyyatda olan Elçin Məhəmməd oğlu Cavadov tərəfindən növbəti şikayət məktubu daxil olub. Şikayət “Azərsu” ASC-nin vətandaşları aldatmalarından və işlərində olan yarıtmaz fəaliyyətdəndir. Mediaxeberleri.az olaraq Prezidentə müraciət edən vətəndaşın növbəti
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az