t s

» » Daha 15 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək

Daha 15 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək

7-10-2019, 19:35 Yazar:  Firuzə Baxılıb: 42 Çap et
Daha 15 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı bu həftə Şabran, Qusar, Xaçmaz, Masallı, Cəlilabad, Zaqatala, Qax, Oğuz, Qəbələ, Goranboy, Beyləqan, Füzuli, Saatlı və İmişli rayonlarında baş tutacaq. Oktyabrın 8-də Şabranın Gəndob, Zaqatalanın Danaçı, Goranboyun Gülzarlar, oktyabrın 9-da Qusarın Şirvanovka, Qaxın Qaradolaq, Beyləqanın Aşqarlar, oktyabrın 10-da Xaçmazın Dədəli, Oğuzun Yaqublu, Füzulinin Kürdmahmudlu, oktyabrın 11-də Masallının Viləş, Qəbələnin Çuxur Qəbələ, Saatlının Nəsimikənd, oktyabrın 12-də Cəlilabadın Alqasımlı, Qəbələnin Bunud, İmişlinin Aranlı kəndlərində təşkil ediləcək.

Həmçinin ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün “1652” Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:06 Sentyabrda güzəştli şərtlərlə səyyar gübrə satışından 1777 fermer yararlanıb Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən bölgələrdə güzəştli qiymətlərlə səyyar gübrə satışı həyata keçirilir. Səyyar satışlar rayon mərkəzindən uzaq məsafələrdə yerləşən kəndlərdə təşkil olunur. Əsas məqsəd gübrələrin alışında fermerlərin sərf etdikləri zaman, məsafə itkisinin və
22:21 Daha 13 rayonda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusən də ammofos və nitroammofoska gübrələrinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Mediaxeberleri.az xəbər verir ki, mineral gübrələrin güzəştli
20:37 Gədəbəydə güzəştli şərtlərlə səyyar gübrə satışı keçirilib Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışında vətəndaşların
12:47 Mineral gübrələrin səyyar satışına başlanıldı Sentyabr ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm öncəsi mövsümi mineral gübrələrin, xüsusən də, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. İlk səyyar satış sentyabr ayının
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az