t s

» » Markovdan Əliyevin "Valday"dakı çıxışına - Reaksiya

Markovdan Əliyevin "Valday"dakı çıxışına - Reaksiya

7-10-2019, 19:19 Yazar:  Firuzə Baxılıb: 54 Çap et
Markovdan Əliyevin "Valday"dakı çıxışına - Reaksiya
Azərbaycan Prezidenti İlham Əliyev təcrübəsi və yüksək diplomatik bacarığı sayəsində mesajını aydın və dəqiq çatdırdı.

Report xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Bakıda Prezident İlham Əliyevin Soçidəki Valday klubunda çıxışı ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun fikrincə, bu bacarıq sayəsində bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin, eləcə də danışıqların keçirildiyi məkana çevrilib: "Bu gün Azərbaycan Prezidentinin beynəlxalq aləmdə hörməti yüksəkdir".

"İlham Əliyevin Soçiyə - Valday forumuna dəvət olunması Moskvanın Bakı ilə dostluq münasibətlərinin ifadəsidir", - deyən S.Markov vurğulayıb ki, ölkələr arasındakı münasibətlərdə "Bakı havası" yaşanır.

Onun sözlərinə görə, dövlət başçısı Soçidə Dağlıq Qarabağ münaqişəsinin həlli konteksində maraqların və Azərbaycanın hərəkətlərinin məntiqini izah etməyə çalışıb.

"Hesab edirəm ki, bu, ümumilikdə, forumun ən güclü çıxışlarında biri idi. Forumda iştirak edən akademik və media cəmiyyəti münaqişə barədə kifayət qədər məlumatlı deyildi, çünki onların mövqeyi erməni diasporunun təsiri altında olan medianın məlumatları sayəsində formalaşır. Bu baxımdan Azərbaycan Prezidentinin çətin auditoriyası var idi”, - deyə rusiyalı ekspert əlavə edib.

S.Markov BMT-nin bu gün Azərbaycanın mövqeyini dəstəklədiyini vurğulayıb: "Heç bir ölkə BMT Təhlükəsizlik Şurasının qətnamələrini şübhə altına almır. O başqa məsələ ki, İlham Əliyevin də dediyi kimi, bu qətnamələr yerinə yetirilmir".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:53 Qarabağ üçün mühüm dönəm: “Vəziyyət ciddiyə dəyişməsə...” - GƏLİŞMƏ Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında regiondakı münaqişə ocaqlarından biri kimi Dağlıq Qarabağ konflikti də diqqət mərkəzində oldu. Bu mövzuda danışan Rusiyanın xarici işlər naziri SergeyLavrov son zamanlar sülh prosesində durğunluq yaranmasını daha çox İrəvanın mövqeyi ilə
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
07:12 Politoloqlar: “Prezident İlham Əliyev Sarkisyanın çıxışını alt-üst etdi” - RƏYLƏR "BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnaməsi var. Bu qətnamələr kağız üzərində qalsa da, BMTAzərbaycan üçün əsas tribunalardan biri olaraq qalır. Bu səbəbdən Azərbaycan prezidenti İlham Əliyevin BMTsessiyasında iştirakı vacib idi”. Mediaxeberleri.az xəbər verir ki, bunu
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az