t s

» » “Keşikçidağ” Qoruğuna yürüş təşkil edilib

“Keşikçidağ” Qoruğuna yürüş təşkil edilib

7-10-2019, 16:28 Yazar:  Firuzə Baxılıb: 79 Çap et
“Keşikçidağ” Qoruğuna yürüş təşkil edilib
Bu ilin sentyabr ayının sonunda Mədəniyyət Nazirliyi Ağstafa rayon İcra hakimiyyəti ilə birgə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2007-ci ildə Dövlət Tarixi-Mədəniyyət qoruğu elan olunmuş “Keşikçidağ” Qoruğuna yürüş təşkil edib və tədbir sentyabr ayında məhz “Avropa İrs günləri” çərçivəsində baş verib.

Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib ki, yürüşün əsas məqsədi bu tarixi mədəni abidənin ortaq Avropa irsimiz olduğunu nümayiş etdirmək və onu qorumaq üçün səylərimizin gücləndirilməsinə vurğu etməkdən ibarət olub. Azərbaycan bu kimi abidələrin gələcəkdə həm YUNESKO, həm də digər formatlar çərçivəsində Azərbaycanın və dünyəvi mədəni dəyərin nümunəsi kimi təqdim edilməsi istiqamətində tədbirlər həyata keçirməyi planlaşdırır.

Məlumat üçün bildiririk ki, Nazirlik tərəfindən mütəmadi olaraq həm "Avropa İrs Günləri", həm də “Ümumdünya Abidələrin qorunması” günü çərçivəsində bir çox qoruq və abidələrin ərazisində, xüsusilə də Qobustan Milli Tarix-Bədii Qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Zaqatala Tarix-Mədəniyyət Qoruğu və digər qoruq ərazilərində təbliğat və təşviqat tədbirləri həyata keçirilir. Layihə çərçivəsində qoruqlarda “açıq qapı” günü təşkil olunur, mədəni irsimizin qorunmasına həsr olunmuş sərgilər açılır və s. Burada əsas məqsəd abidələrin qorunması, bu məsələdə vətəndaş dövlət həmrəyliyinin gücləndirilməsi, onların tarixi və dəyəri barədə ictimaiyyətin məlumatlandırılmasıdır.

Azərbaycan və gürcü xalqlarının tarixi yaddaşı və mədəni irsi mehriban qonşuluq və dostluq ənənələrinə söykənir və bu əlaqələr bundan sonra da xalqlarımızın birliyi və tarixi-mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi naminə yüksək səviyyədə inkişaf edəcəkdir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:12 "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunda “Avropa irs günləri” qeyd olunub Bu gün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlarda “Avropa irs günləri” layihəsinə həsr olunmuş ilk tədbir "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunda baş tutub. Mediaxeberleri.az xəbər verir ki,
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az