t s

» » Su xəttinin borularını oğurlamaq istəyən şəxs tutuldu

Su xəttinin borularını oğurlamaq istəyən şəxs tutuldu

7-10-2019, 12:45 Yazar:  Firuzə Baxılıb: 25 Çap et
Su xəttinin borularını oğurlamaq istəyən şəxs tutulduLerikdə su xəttinin borularını kəsdirib evinə aparmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Mediaxeberleri.az-a verilən məlumata görə, oktyabrın 4-də Lerik rayonunun Nisli kəndi ərazisində Çayrud kənd sakini Ş.Bəhmənovun idarə etdiyi “KamAZ” markalı avtomobil polis əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.

Avtomobilin yük yerinə baxış zamanı oradan 104 metr olan 18 ədəd dəmir boru aşkar edilib.

Araşdırma zamanı qeyd edilən dəmir boruların həmin gün Rəzgov kənd sakini T.Kəlbiyev tərəfindən Lerik-Kəlvəz yolunun kənarı ilə çəkilən su xəttindən kəsdirilib yaşadığı evə aparmaq istəməsi müəyyən edilib.

Su boruları müvafiq qaydada sənədləşdirilərək götürülüb və Lənkəran Regional Su Kanal İdarəsinin Lerik rayonu üzrə nümayəndəsinə təhvil verilib.

Araşdırma aparılır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
13:47 Ədliyyə nazirliyinin yüksək vəzifəlisinə ağır ittihamlar... - Müraciət “Biləcəri Təmir Quraşdırma” QTSC-nin kollektivi Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevin heç bir ölçüyə sığmayan qanunsuz hərəkətlərindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə şikayət ünvanlayıb. Surəti «təzadlar» qəzetinə təqdim edilmiş şikayətdə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az