t s

» » Qurban Qurbanov: Oyunun əvvəlində baş hakimin iki sarı vərəqə göstərməsi məni özümdən çıxartdı

Qurban Qurbanov: Oyunun əvvəlində baş hakimin iki sarı vərəqə göstərməsi məni özümdən çıxartdı

7-10-2019, 07:48 Yazar:  Firuzə Baxılıb: 53 Çap et
Qurban Qurbanov: Oyunun əvvəlində baş hakimin iki sarı vərəqə göstərməsi məni özümdən çıxartdı
Futbolçuları təbrik edirəm. Çətin yox, ağır qrafikdəyik. Həm çempionat, həm də UEFA Avropa Liqasında oynayırıq. Oyunçularda istək həddindən artıq çox olmalıdır. Çox aktiv görünürdülər. Onlara təşəkkür edirəm. Qələbə asan olmadı. Meydanda çox istəkli “Sabah” gördük. Əsas odur ki, 3 xal qazandıq.

Bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 8-ci turunda öz meydanında “Sabah”ı məğlub etdikləri (2:0) matçdan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

O, digər komandaların “Qarabağ”a qol vurmaqda çətinliklə üzləşmələrinə münasibət bildirib: “Kollektivdə qol buraxmamaq istəyi çoxdur. Bu gün də qapımızda təhlükəli epizodlar oldu. Bəzən müdafiəçilərimiz, bəzən isə qapıçı çox çalışır”.

Təcrübəli məşqçi oyunda zədələnən Mahir Emreli haqqında da danışıb: “Onun topuq hissəsi şişib. Gördüyümüz qədər durumu yaxşı deyil. Sabah durumuna tam aydınlıq gələcək. Onun xəsarət almasını istəməzdik. Bunlara hazır olmalıyıq”.

Qurbanov qarşılaşmadakı hakimlər barədə də fikirlərini bölüşüb: “Oyun ərzində irad bildirmədim. Baş hakimin görüşün əvvəlində iki sarı vərəqə verməsi məni özümdən çıxardı”.

Q.Qurbanov Rusiyanın “Spartak” komandasının onunla maraqlanması iddiası haqqında bunları söyləyib: “Deyəsən, xəbər çıxdı ki, yeni baş məşqçiləri bəlli olub. Belə yazılara o qədər də önəm verməyək”.

Məşqçi sözlərinə milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə yoxlama oyunu keçirmək istədiklərini də əlavə edib: “Ən azı bir oyun keçirmək niyyətindəyik. Amma ola bilər ki, bu 90 dəqiqəlik matç olmasın. Qarşılaşmanı oktyabrın 12-ə planlaşdırırıq. Məşq əvəzinə belə bir oyun keçirməyi planlaşdırırıq”.

O, “Qapıçı Asmir Beqoviçi yanvar ayından sonra Ağdam klubunda saxlamağa gücünüz çatacaqmı?” - sualına belə cavab verib: “Bu suala bilmirəm nə cavab verim. Amma hər şey ola bilər”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
01:21 Yardımlı – məmurların ucqarda qurduğu korrupsiya xanədanı Bölgələrdə ayrı-ayrı məmurların özbaşınalığı, korrupsioner fəaliyyəti nəticəsində formalaşan problemlər barəsində dəfələrlə həyəcan təbili çalınsa da, bir çoxları bundan nəticə çıxarmaq əvəzinə öz “ənənəvi” iş metodunu daha da genişləndirir. Son illərdə dövlət büdcəsindən regionların inkişafı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az