t s

» » Ülviyyə Ağayeva: Gender bərabərliyi müsəlman dünyasında qadınlara ilk seçki hüququ vermiş Azərbaycanın demokratik keçmişindən irəli gəlir

Ülviyyə Ağayeva: Gender bərabərliyi müsəlman dünyasında qadınlara ilk seçki hüququ vermiş Azərbaycanın demokratik keçmişindən irəli gəlir

6-10-2019, 16:43 Yazar:  Firuzə Baxılıb: 47 Çap et
Ülviyyə Ağayeva: Gender bərabərliyi müsəlman dünyasında qadınlara ilk seçki hüququ vermiş Azərbaycanın demokratik keçmişindən irəli gəlir
ATƏT Parlament Assambleyasının Mərakeşdə keçirilən payız sessiyasında ölkəmizi Milli Məclisin nümayəndə heyətinin üzvləri Azay Quliyev, Ülviyyə Ağayeva və Tahir Mirkişili təmsil ediblər.

“Avropa-Aralıq dənizi bölgəsində təhlükəsizliyin təmin olunmasında ATƏT və tərəfdaşların rolu” mövzusuna həsr olunan sessiyada çıxış edən Milli Məclisin deputatı Ülviyyə Ağayeva ötən il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə çox böyük işlər gördüyünü bildirib.

Gender bərabərliyinin Azərbaycanın demokratik keçmişindən irəli gəldiyini vurğulayan Ü.Ağayeva deyib: “Milli azlıqların və etnik qrupların demokratik parlamentdə təmsil olunması üçün əlverişli şəraitin yaradılması Xalq Cümhuriyyətinin mühüm uğurlarından biri idi. Müsəlman dünyasında ilk dünyəvi parlament respublikasının ən vacib uğurlarından biri də qadınlara seçki hüququnun verilməsi idi. Bu, qadınlara Azərbaycanın ictimai-siyasi həyatında iştirak etməyə imkan yaratdı. Etnik, dini və sosial mənşəyindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi bütün müsəlman və türk dünyasında baş verən çox vacib hadisə idi”.

Milli Məclisin deputatı vurğulayıb ki, 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra gender bərabərliyi sahəsində də mütərəqqi addımlar atılmağa başlandı. 1995-ci ildə Azərbaycan “Qadınlar Konvensiyası” adlandırılan “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanı ratifikasiya edərək, sözügedən prosesə qoşuldu.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Ümummilli lider Heydər Əliyev 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalayıb. Bu sənəd qadın və kişilərin Azərbaycan Respublikasının bütün dövlət strukturlarında bərabərhüquqlu təmsilçiliyinin təmin edilməsini nəzərdə tuturdu.

Deputat bildirib ki, bu gün Azərbaycan qadınları parlamentdə, mərkəzi və yerli icra orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə, İKT sahəsində, biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, milli təhlükəsizlik və hüquq mühafizə orqanlarında təmsil olunurlar. Vurğulanıb ki, Azərbaycanın gənc qadın liderləri və yeni nəsil birinci xanım Mehriban Əliyevanın fəaliyyətindən, gördüyü işlərdən böyük ilham alırlar.

Sonda Milli Məclisin deputatı qeyd edib ki, ATƏT məkanında təhlükəsizlik və əmin-amanlıq üçün bərabər hüquqların, din və etiqad azadlığının təmin edilməsi, dözümlülük və ayrı-seçkiliyə yol verilməməsi vacibdir.



Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Mərakeş




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
09:17 Gender balansının stimullaşdırılmasında medianın rolu … “Qadının telefon işlətməsinə icazə verə bilməzdim. Bizdə nəsillikcə belə şey olmamışdı. Bu səbəbdən arvadımla mübahisə etdik və onu bıçaqladım”, “Aytəkinin boşandıqdan sonra gəlib Bakıda işləməsinə dözə bilməzdim. Üstünə benzin tökərək yandırmaqda məqsədim üzünü tanımaz hala salmaq idi”, “Ali
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
10:10 Əbədiyaşarlıq rəmzi - Əli Həsənov Heydər Əliyevdən YAZDI XX əsrin sonlarında yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən siyasi islahatlar strategiyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın ən mürəkkəb və
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az