t s

» » Millimiz Moskvada keçirilən “Karate -1” Premyer Liqa turnirində üç medal qazanıb

Millimiz Moskvada keçirilən “Karate -1” Premyer Liqa turnirində üç medal qazanıb

6-10-2019, 22:06 Yazar:  Firuzə Baxılıb: 58 Çap et
Millimiz Moskvada keçirilən “Karate -1” Premyer Liqa turnirində üç medal qazanıb
Azərbaycan millisi Moskvada keçirilən “Karate -1” Premyer Liqa turnirində üç medal qazanıb.

Mediaxeberleri.az
xəbər verir ki, yarışda 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Rafael Ağayev mərakeşli Yassin Sekuri, Rodriqo İbanez (İspaniya) və Slovakiya təmsilçisi Matus Lieskovskini məğlub edərək yarımfinala yüksəlib. Finala gedən yolda karateçimizin rəqibi İran təmsilçisi Bəhmən Əsgəri olub. Rəqibinə qalib gələn R.Ağayev turnirin finalına yüksəlib. Qızıl medal uğrunda görüşdə qazaxıstanlı Yermek Aynəzərovu üstələyən karateçimiz turnirin qalibi olub.

Digər karateçimiz İrina Zaretska (68 kq) Braziliya təmsilçisi Natalia Spiqolon, danimarkalı Ketrin Pederson və çinli Linqlinq Tanqı məğlub edərək yarımfinala vəsiqə qazanıb. Marina Pakoviçə (Monteneqro) qalib gələn İ.Zaretska turnirin finalına adlayıb. Həlledici görüşdə çinli Qonq Liyə qalib gələn İ.Zaretska Premyer Liqa turnirinin qızıl medalını qazanıb.

Nuranə Əliyeva (50 kq) isə turniri üçüncü pillədə başa vurub.

“Karate -1” Premyer Liqa turnirinin Moskva mərhələsində 85 ölkədən 642 idmançı yarışıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:16 Azərbaycanın paracüdoçuları Daşkənd Qran-Prisinin birinci günündə 5 medal qazanıb Azərbaycanın paracüdoçuları Daşkənd Qran-Prisinin birinci günündə 5 medal qazanıblar. Mediaxeberleri.az xəbər verir ki, turnirin birinci günündə kişilər 60, 66, 73, qadınlar isə 48, 52 və 57 kiloqram çəki dərəcələrində mübarizəyə qoşulublar. Yarışa səkkizdəbir final mərhələsindən başlayan Namiq
09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla
20:22 Daha iki karateçimiz qızıl medal qazandı Azərbaycan karateçisi Ayxan Mamayev (84 kq) I Avropa Oyunlarının qızıl medalına sahib çıxıb. Karatenin kumite növündə mübarizə aparan A.Mamayev qrupun açılış döyüşündə yunanıstanlı Georgios Mixail Tzanosla üz-üzə gəlib. Görüş 0:0 hesabı ilə yekunlaşıb. Gənclər arasında dünya çempionunun növbəti
21:01 "Ermənini yenəcəyəm" deyib, Azərbaycanı dünyaya tanıtdı - VİDEO Azərbaycanda karate deyiləndə onun adı yada düşür. Uşaqlar məşqlərə gedəndə o nümunə göstərilir, onun kimi idmançı olmaq üçün çalışmaları tövsiyə edilir. Söhbətin 4 qat dünya, 10 qat Avropa çempionu, onlarla müxtəlif beynəlxalq və daxili birinciliklərin qalibi Rafael Ağayevdən gedir. Hamımızın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az