t s

» » Uşaqlarda tualet vərdişi – Anaların bilməli olduğu vacib məqamlar

Uşaqlarda tualet vərdişi – Anaların bilməli olduğu vacib məqamlar

6-10-2019, 20:46 Yazar:  Firuzə Baxılıb: 55 Çap et
Uşaqlarda tualet vərdişi – Anaların bilməli olduğu vacib məqamlar
Ana öncə uşağın bu prosesə hazır olub-olmadığını bilməlidir. Qeyd edim ki, uşaqlarda tualet vərdişi həm fiziki, həm də psixoloji baxımdan ən tezi 18-24 aylıqdan formalaşır. Məhz bu yaşda onlar sidik kisəsi və bağırsağı şüurlu şəkildə idarə edə bilirlər. Əlbəttə bu, hər uşağa görə dəyişir.

Uşağın tualet vərdişinə hazır olub-olmadığını necə öyrənməli?

Əgər uşağınız tualeti gəldiyində-özünü sıxırsa, tualetini etmək üçün bir küncə çəkilirsə, bezi islandıqda narahat olub onu çıxarmağa çalışırsa, bəli-xeyr suallarını anlayırsa, alt paltarını endirib qaldıra bilirsə, mükafata hər hansı bir reaksiya verirsə, bu halda tualet vərdişini öyrətmək olar.



Ev şəraitində tualet vərdişinə yiyələnməyin ən sadə üsulları:

Bu prosesə başlamaq üçün ən ideal vaxt yaydır. İsti havalarda balacalar yüngül, geyinib-soyunması daha asan olan yay paltarında olurlar. Uşaq özünü sıxmağa başladığı an ana onu güvəcə oturdub, tualeti olub-olmadığını soruşmalı və bu, gün ərzində bir neçə dəfə təkrarlanmalıdır. Sonrakı mərhələdə bezi çıxarmaq məsləhətdir. Əgər uşaq 15-20 dəqiqə ərzində quru qalırsa, deməli, o, artıq əzələlərini idarə edə bilir. Aradakı vaxt intervallarının qeydə alınması məsləhətdir.



Qrafikə əsasən uşağın eyni vaxtda güvəcə oturması çox önəmlidir. Çalışın ki, balacanı yeməkdən, eləcə də yuxu öncəsi və yuxudan sonra güvəcə öyrəşdirəsiniz. Proses zamanı müəyyən uğursuzluqlar yarana bilər. Uşaq altını islatdığı zaman anlayışla qarşılayın, onu hirsləndirib danlamayın.

Motivasiyaedici sözlərlə dəstək olmağa çalışın. Məsələn, başlanğıc mərhələdə tualetini etdikdən sonra güvəcin arxa hissəsinə maraqlı (mükafat kimi) stikerlər yapışdıra bilərsiniz.

Tualet vərdişi öyrədilən zaman uşağa oyuncaq verilməməlidir. Çünki başı oynamağa qarışacaq, güvəcə niyə oturduğunu unudacaq. Əgər uşaq ard-arda 10-12 dəfə tualetini edirsə, deməli, o, artıq bu vərdişə tam yiyələnmişdir.



Unutmayın, uşağınıza tualet vərdişi aşılayarkən səbrsizlik edib ona aqressiv davransanız övladınız stress yaşayar və nəticədə kəkələmə, loqonevroz, qəbzlik və enurez kimi psixoloji problemlər yaranar.

Loqos
Medicina.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
12:39 Uroloq həkim: ““Kişilər cinsi problemlərin müxtəlif formalarından əziyyət çəkir” Böyrəklər bədənimizin ən önəmli orqanlarındandır. Ürəyin dəqiqədə vurduğu 5-6 litr qanın 1.5 litri böyrəklərdən süzülür. Hər iki böyrəkdə olan nefronlardan 1 dəqiqədə 1 litr qan keçir. Böyrəklərdən keçən qan süzüldükdən sonra yararlı maddələr yenidən qana verilir, lazımsız maddələr isə orqanizmdən
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
08:08 Gündə 8 dəfədən çox tualetə gedirsinizsə... - Təhlükə Uyğunsuz yerdə, uyğunsuz saatda tualetə getmək istəyirsiniz? Yarım saatlıq da olsa, evdən çıxarkən əvvəl, ya sonra tualet istəyiniz yaranır? Hətta durum o qədər acınacaqlıdır ki, tualetə getməmək üçün su içməkdən imtina etmisiniz? Bunu çoxları sidik kisəsinin balaca olması ilə əlaqələndirirlər.
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az