t s

» » Keşikçidağda yeni zastava: General açılışda - FOTOLAR

Keşikçidağda yeni zastava: General açılışda - FOTOLAR

6-10-2019, 14:50 Yazar:  Firuzə Baxılıb: 167 Çap et
Keşikçidağda yeni zastava: General açılışda - FOTOLAR
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir“ sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verilib.

Mediaxeberleri.az
xəbər verir ki, bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə milli sərhəd mühafizəsi strategiyasının uğurla realizə edilməsi, dövlət sərhədlərinin mühafizəsi məsələlərinə Ali Baş Komandan səviyyəsində böyük önəm verilməsi sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının möhkəmlənməsini, bütün hərbi hissə və bölmələrdə şəxsi heyət üçün lazımi xidməti və məişət şəraitinin yaradılmasını, yeni istifadəyə verilən sərhəd zastavasının da məhz bu ali diqqətin növbəti təzahürü olduğunu qeyd edib.

Azərbaycan-Gürcüstan dövlət sərhədinin hər zaman dostluq və strateji tərəfdaşlıq sərhədi olması, Gürcüstan sərhədçiləri ilə qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəli inkişafı xüsusi vurğulanıb.

Dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşməklə böyük coğrafi sahəni əhatə edən “Keşikçi qala” sərhəd zastavasının qədim Alban tarixinin yadigarı olan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşməsi, burada xidmət aparan sərhədçilərin dövlət sərhədini mühafizə etməklə yanaşı, həm də tarixi-memarlıq abidələrimizin, xalqımızın milli-mədəni irsinin keşiyində dayanmaları qeyd edilib.

Dövlət sərhədlərinin etibarlı mühafizəsi üçün yerli əhalinin, Ağstafa rayonunun icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının mühüm dəstəyi xüsusi qeyd olunub, həm dost Gürcüstan ilə, həm də düşmənlə həmsərhəd olan Ağstafa rayonunun rəhbərliyinə və ictimaiyyətinə sərhədçilərə göstərdikləri hərtərəfli köməkliyə görə minnətdarlıq ifadə edilib.

Tədbirdə iştirak edən Ağstafa rayon İcra Hakimiyyətinin başcısı Nizaməddin Quliyev sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulayıb.

Tədbir iştirakçıları sərhəd zastavasında yaradılmış şəraitlə yaxından tanış olublar. Sərhəd zastavasında şəxsi heyət tərəfindən xidməti fəaliyyətin yüksək səviyyədə həyata keçirilməsi üçün müasir tələblərə cavab verən yataqxana, yeməkxana, хüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, sıra meydanı, idman meydançası, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemi, hamam, camaşırxana və digər tikililər sərhədçilərin istifаdəsinə verilib.

Keşikçidağda yeni zastava: General açılışda - FOTOLAR
Keşikçidağda yeni zastava: General açılışda - FOTOLAR
Keşikçidağda yeni zastava: General açılışda - FOTOLAR
Keşikçidağda yeni zastava: General açılışda - FOTOLAR
Keşikçidağda yeni zastava: General açılışda - FOTOLAR
Keşikçidağda yeni zastava: General açılışda - FOTOLAR




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
23:14 Xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 19 nəfər saxlanılb- RƏSMİ DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edərək silahlı birləşmələrin və digər struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2019-cu ildə Xidmətin qarşısında duran əsas
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az