t s

» » Nyu-Yorkda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib

Nyu-Yorkda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib

5-10-2019, 09:04 Yazar:  Firuzə Baxılıb: 51 Çap et
Nyu-Yorkda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib
Azərbaycan Respublikası Diasporlarla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə Nyu-York şəhərində görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil edilib.

Mediaxeberleri.az
xəbər verir ki, konsertdən əvvəl tanınmış pianoçu, Əməkdar artist, professor, beynəlxalq müsabiqələr laureatı, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı və prezidenti Nərgiz Əliyarova çıxış edərək tədbirin əhəmiyyəti, Nəsimi dühası haqqında və “Nəsimi ili” mövzusunda çıxış edib.

Konsert proqramı çərçivəsində “Amerika Muğam Cəmiyyəti”nin sədri Cefri Verbakın Azərbaycanın milli tar və kamança alətlərində muğam ifa etməsi böyük maraqla qarşılanıb.

Azərbaycanın istedadlı pianoçusu, respublika və beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənlinin solo ifasında Üzeyir Hacıbəylinin “Cəngi”, Firəngiz Əlizadənin “Sonata” və digər əsərlər səslənib.

Bəstəkar İlahə İsrafilovanın Amerikada premyerası baş tutan “The world of Nasimi” kompozisiyası dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Həmçinin tədbirdə amerikalı soprano Shenika John Jordan tərəfindən Nəsiminin qəzəlləri və onun qəzəllərinə yeni yazılmış romanslar və N.Əliyarovanın ifasında “Yeddi gözəl” baletindən parça, F. Sücəddinovun “Vətən” balladası və s. əsərlər səsləndirilib.

Qeyd edək ki, Nyu-Yorkda Azərbaycanın dahi şairi Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsert proqramının keçirilməsi mədəniyyətimizin geniş arenada təbliği istiqamətində atılmış əlamətdar hadisələrdəndir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:41 Bu gün Milli Musiqi Günüdür 18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır. Heydər Əliyev Fondunun və
08:30 İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Berlində konsert təşkil edilib Sentyabrın 11-də Almaniyanın paytaxtı Berlində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə böyük şairi və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bəstəkarlarımızın əsərlərindən ibarət “In Memoriam Nasimi – 650 Jahre Imadeddin Nasimi” adlı konsert təşkil edilib.
20:54 İmadəddin Nəsimi fəlsəfəsinə baxış Hər şeydən öncə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə 2019-cu ilin Nəsimi ili elan edilməsi barədə sərəncam verdiyinə görə Hörmətli Prezidentimizə minnətdarlığımı bildirirəm. Nəsimi və onun kimi şəxslər millətimizin mənəvi sərvəti olub, bu millətin dünyaya tanıdılması üçün
10:46 İmadəddin Nəsimi fəlsəfəsinə baxış Hər şeydən öncə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə 2019-cu ilin Nəsimi ili elan edilməsi barədə sərəncam verdiyinə görə Hörmətli Prezidentimizə minnətdarlığımı bildirirəm. Mediaxeberleri.az bildirir ki, Nəsimi və onun kimi şəxslər millətimizin mənəvi sərvəti olub, bu
19:14 Dahi bəstəkar Üzeyir Hacıbəylinin vəfatından 70 il ötür Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 110 il bundan öncə tamaşaya qoyulan "Leyli və Məcnun”

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az