t s

» » Dünya Türklərinin Həmrəylik Günü qeyd olundu

Dünya Türklərinin Həmrəylik Günü qeyd olundu

5-10-2019, 00:08 Yazar:  Firuzə Baxılıb: 65 Çap et
Dünya Türklərinin Həmrəylik Günü qeyd olundu
Müasir İnkişaf Birliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclərin Töhfəsi Birliyi Rəşid Behbudov adına Mahnı Teatrında Türk Dövlətlərinin Birliyi Günü – Dünya Türklərinin Həmrəylik Günü münasibətilə tədbir keçirib. Rəsmi və bədii hissədən ibarət olan tədbirdə millət vəkili Hikmət Babaoğlu, ziyalılar, diplomatik korpus və QHT təmsilçiləri, dövlət qurumlarının nümayəndələri, gənclər, sənətçilər, jurnalistlər və s. iştirak ediblər.


Tədbir “Ey Turanım!” mahnısının sədaları altında səhnəyə türk ölkələrinin bayraqlarının gətirilməsi və xlaq şairi Zəlimxan Yaqubun “Əzəl axır dünya bizim olacaq” şerinin səsləndirilməsilə başlayıb.


Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında qədim türk torpağı Naxçıvanda Türk Konseyinin yaradılması ilə bağlı qərarın verilməsini yüksək dəyərləndirib. H.Babaoğlu dünyada gedən qloballaşmanın qarşısında duruş gətirə bilmək üçün milli-etnik dəyərlərə sığınmağın vacib olduğunu vurğulayıb: “Bu həm də əcdadlarımıza bir vəfa borcudur”. H.Babaoğlu türk birliyi istiqamətində dövlətlər səviyyəsində iş aparılmasının və ictimai təşkilatların da buna dəstək verməsinin əhəmiyyətindən bəhs edib. O, böyük türk birliyinin Qarabağdan keçdiyini qeyd edərək, hər kəsi Ali Baş komandan İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb. Millət vəkili 3 oktyabr tarixinin həm də ümummilli lider Heydər Əliyevin demokratik şəkildə keçirilmiş səsvermə nəticəsində prezident seçilməsinin ildönümü olduğunu qeyd edərək bu hadisənin tarixi əhəmiyyətindən danışıb.


Türkiyə səfirinin birinci müavini Barış Saygın oktyabrın önəmli bir ay olduğunu qeyd edərək, qarşıdakı günlərdə Azərbaycanda Türk Konseyinin növbəti toplantısının keçiriləcəyini xüsusi vurğulayıb. O, “Bir millət, iki dövlət” fikrini söyləyərək Azərbaycanla-Türkiy arasındakı qardaşlıq münasibətlərini diqqətə çatdırıb.

Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü təmsil etdiyi təşkialtın 2006-cı ildən Dünya Türklərinin Həmrəylik Günü kampaniyasını başladığını qeyd edib. Onun sözlərinə görə Türkiyənin Türk Ocaqları təşkilatının da dəstəyi ilə bu kampaniyanı genişləndirmək mümkün olub. O, Naxçıvanda 2009-cu ildə Türk Konseyinin qurulmasını, bununla da xəyallarda yaşadılan Turan ideyasının həyata keçməsini xüsusi vurğulayıb. Təşkilat sədri həmin ildə eyni zamanda 3 oktyabr tarixinin Türk Dövlətlərinin Birliyi Günü kimi qeyd edilməsini də müham addım kimi alqışlayıb: “Bizim bundan sonrakı işimiz bu fəaliyyətlərə ictimai dəstək vermək olmalıdır. Arxayınlaşmaq olmaz və çoxlu çalışmaq lazımdır”. M.Göyüşlü Özbəkistanın Türk Konseyinə qoşulmasını yüksək qiymətləndirib. Təşkilat sədri gələcəkdə Türk Konseyinin gənclər, media, QHT-lərlə bağlı da strukturlarının yaradılmasını, 3 oktyabr tarixinin türk dövlətlərində rəsmi bayram kimi qeyd edilməsini təklif edib. O, bu günlərə gəlib çatmaqda şəhidlərimizin, türklük uğrunda mübarizə aparan şəxslərin böyük rolu olduğunu deyərək Qarabağ probleminin həllində Türk Konseyinin aktiv olacağına inamını ifadə edib.


Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Hilal təşkilatının sədri Arzuman Abdulkərimov, Gənclərin Töhfəsi təşkilatının sədri Asim Vəliyev, Türkiyə Universitetləri Məzunları Birliyinin sədri Çingiz Bayramov 3 oktyabr tarixinin və Türk Konseyinin yaradılmasının əhəmiyyətindən danışıblar. Çıxışçılar türki xalqlarının dünyaya sülh, rifah, ədalət, inkişaf gətirdiklərini qeyd ediblər. Natiqlər Naxçıvanda təsis edilən Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının bu baxımdan çox böyük addım olduğunu bəyan ediblər.



Tədbirin bədii hissəsində vətənpərvər mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlının, şair-qəzəlxan Hacı Mehtabın, aşıq Fariz Təmirovun, Nuray Rəhmanın, Türkan Məmmədovanın ifasında musiqilər, şeirlər ifa edilib. Eyni zamanda tədbirin baş tutmasında əməyi keçən, türk birliyi uğrunda çalışmalar həyata keçirən şəxslər Fəxri Fərmanla mükafatlandırılıblar.



Qeyd edək ki, Türk Dövlət Başçıları 2009-cu ildə hər il 3 oktyabr tarixininTürk Dövlətlərinin Birliyi Günü, başqa adla desək Dünya Türklərinin Həmrəylik Günü kimi keçirilməsi ilə bağlı qərar qəbul ediblər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
18:12 "Biz Şura olaraq daima QHT-lərlə media orqanlarının daha sıx əlaqədə olmasına çalışırıq" - Elməddin Behbud Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Azadinform-a müsahibə verib. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir: - Gələn il Ermənistan-Azərbaycan münaqişəsinin otuz illiyidir. Yeri gəlmişkən bu
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
21:56 Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib Türk dünyasının böyük şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib. Sumqayıt Olimpiya İdman Mərkəzində keçirilən tədbirə millət vəkilləri, tanınmış idmançılar və ziyalılar qatılıblar. Mediaxeberleri.az xəbər
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az