t s

» » Ağstafada “Müəllimlər günü” qeyd olundu

Ağstafada “Müəllimlər günü” qeyd olundu

4-10-2019, 13:35 Yazar:  Firuzə Baxılıb: 145 Çap et
Ağstafada “Müəllimlər günü” qeyd olundu
5 oktyabr - təqvimdə bu tarix cəmiyyətin sabahının, gözəl gələcəyinin yaradıcısı olan, gənc nəslə elm, bilik, aydın dünyagörüşü verən, onlara xeyirxahlıq, zəhmətsevərlik, vətənpərvərlik kimi müsbət keyfiyyətləri təlqin edən xeyirxah peşə sahiblərinin günüdür. Bəli, 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram kimi qeyd olunur. Ölkəmizdə isə Müəllimlər Günü 1993-cü ildən keçirilir.

Mediaxeberleri.az xəbər verir ki, bu gün respublikanın hər yerində olduğu kimi, Ağstafada da 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bayram tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev açaraq beynəlxalq müəllimlər günü münasibətilə hər bir müəllimi ürəkdən təbrik etdi. Bildiridi ki, Ulu öndər Heydər Əliyev təhsil sahəsində geniş islahatlar kursu həyata keçirmiş, həmişə müəllim əməyinə yüksək qiymət vermiş, müəllim haqqında xoş sözlər söyləmişdir.

O,deyirdi: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir”.

Dahi Rəhbərimizin bu fikri müəllimin cəmiyyətdə yeri və rolunu dəqiq ifadə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son illərdəki fəaliyyəti onun Ulu öndərimizin əsasını qoyduğu mütərəqqi elm və təhsil ənənələrini və yeni dövrün tələblərinə uyğun zənginləşdirdiyini göstərir. Bu gün milli təhsilimizin inkişafı məsələsi öz məzmununu dəyişərək, artıq həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilmişdir. Məhz Prezident İlham Əliyevin qayğısı nəticəsində orta məktəblərdə təhsilin səviyyəsi yüksəlmiş, müəllim və şagirdlər üçün maddi-texniki bazanın gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır.

Rayonun təhsil sahəsində son illər dövlət büdcəsi hesabına yeni məktəb binalarının tikintisi və əsaslı təmir işləri aparılmışdır. 264 şagird yerlik Böyük Kəsik kənd tam orta məktəbinin tikintisi başa çatmış və yeni dərs ilində istifadəyə verilmişdir. 642 şagird yerlik Muğanlı kənd tam orta məktəbinin əsaslı təmiri işlərinə və 96 şagird yerlik Yaradullu kənd orta məktəbində modul tipli məktəbin quraşdırılması işlərinə başlanılmışdır. Ümumilikdə son illərdə 18 məktəb tikilmiş, 7 məktəb əsaslı təmir olunmuşdur. Daha 7 məktəbin tikintisinə və 8 məktəbin əsaslı təmirinə ehtiyac vardır. Gələcəkdə də bu sahədə işlərimizi ardıcıl olaraq aparacağıq. Sonra Rayon Təhsil Şöbəsinin müdiri Kamran Abbasov, Əməkdar müəllim İndira Səmədova, Zəlimxan kənd tam orta məktəbinin direktoru Qalib Cəfərov və başqaları çıxış edərək onlara döstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlığını bildirdilər.

Daha sonra pedaqoji fəaliyyətində fərqlənən bir qrup təhsil işçisinə Ağstafa rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olundu.

Ağstafada “Müəllimlər günü” qeyd olundu
Ağstafada “Müəllimlər günü” qeyd olundu
Ağstafada “Müəllimlər günü” qeyd olundu




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
01:00 Məhərrəm Quliyev: müəllim əməyinə ən yüksək qiyməti Ulu Öndərimiz verib... Ağstafadakı “Yazıçılar Evi”ndə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə “Mavi işıq” gecəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq əlamətdar gün münasibəti ilə təhsil işçilərini təbrik etmişdir. Rayon rəhbəri demişdir ki,
19:46 Beynəlxalq Müəllimlər Günü qeyd olundu - Ağstafada (FOTO) 04oktyabr 2018-ci il tarixində Ağstafa şəhəri “Yazıçılar Evi”ndə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə geniş tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon komitəsi ilə birgə 05 oktyabr - Beynəlxalq Müəllimlər
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az