t s

» » SOCAR-la dalaşan Qarabağ əlili kimdir? – Şok video

SOCAR-la dalaşan Qarabağ əlili kimdir? – Şok video

3-10-2019, 22:57 Yazar:  Firuzə Baxılıb: 132 Çap et
SOCAR-la dalaşan Qarabağ əlili kimdir? – Şok video
Dövlət Neft Şirkətinin Mühafizə Xidmətinin işçiləri ilə Qarabağ əlilləri arasında SOCAR-a məxsus ərazidə ev tikilməsi üstündə düşən mübahisədə iştirak edənlərdən birinin əslində Qarabağ əlili olduğuna dair şübhələr irəli sürülmüşdü.

Mediaxeberleri.az xəbər verir ki, jurnalist Azər Həsrət bələdiyyədən torpaq aldığını iddia edən və orda ev tikmək istəyən “əsas səbəbkar”ın 2017-ci ilə aid görüntüsünü son görüntüsü ilə qarşılaşdıraraq, onun 2 il əvvəl əlil olmasının videoda sezilmədiyini və bunun araşdırılması gərəkdiyini qeyd etmişdi.

Araşdırmamız zamanı bəlli oldu ki, sözügedən şəxs Tərtər rayon sakini, 1977-ci il təvəllüdlü Sərxan Musayevdir. S.Musayevlə SOCAR işçiləri arasında 2017-ci ildə də qarşıdurma baş verib. Elə qarşılaşdırılan video da həmin ildə çəkilib.

Qısa görüntülərdə S.Musayevin ayaq üstə sərbəst dayandığı görünür. Ancaq videonun Yutubda olan tam versiyasından aydın olur ki, S.Musayev ayaq üstə sərbəst dayansa da, bir ayağı protezdir və texnika ilə evi sökülən zaman o axsayaraq, əlində çəlik ilə qaçaraq müdaxilə etməyə çalışır.

Maraqlıdır ki, Azər Həsrətin bu video-faktını SOCAR-ın rəsmi Feysbuk səhifəsi də paylaşaraq, S.Musayevin Qarabağ uğrunda gedən döyüşlərdə əlil olmasını şübhə altına almışdı.

Dövlət Neft Şirkətinin rəsmi Feysbuk səhifəsi sözügedən videonu bu sözlərlə paylaşıb:

“Bu şəxs doğrudanmı evsizdir? Yoxsa bəlkə o gah Suraxanıda, gah da Biləcəridə torpaq zəbt edib, qanunsuz evlər satmaqla məşğul olan işbazlardandır?”

Sərxan Musayev Qarabağ əlilidirmi?

İlk olaraq, bu sualı tam aydınlaşdırmağa çalışaq: Sərxan Musayev Qarabağ əlilidirmi?

Sərxan Musayev Yutub sosial şəbəkəsində hələ 2017-ci ildə yayılan videosunda İkinci qrup Qarabağ əlil olduğunu təsdiqləyən “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Aillələri” İctimai Birliyinin verdiyi vəsiqəsini paylaşıb. Ancaq bu vəsiqə etibarlı sayılmır, Qarabağ əlillərinə rəsmi qurum tərəfindən sənəd verilməlidir.

Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu da S.Musayevin Qarabağ əlili olması barədə heç bir məlumatı olmadığını bildirdi. Zəruri olaraq xatırladaq ki, R.Kərimoğlu daha çox 1994-cü ilə, atəşkəsə qədər, aktiv döyüşlərdə iştirak edən qazilərlə bir aradadır və onun 1977-ci il təvəllüdlü, 1994-cü il atəşkəsi zamanı 17 yaşı olan Qarabağ əlilini tanıması mümkün də deyil.

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı isə saytımızın rəsmi sorğusuna cavab olaraq bildirdi ki, S.Musayevin Qarabağ müharibəsi əlili olmaması ilə bağlı iddialar doğru deyil:

“Sərxan Yaqub oğlu Musayev 2-ci qrup Qarabağ əlilidir və 230 manat aylıq təqaüd alır”.

Sərxan Musayevin sökülən EVLƏRİ!

Digər maraqlı məqam S.Musayevin SOCAR əməkdaşları ilə arasında baş verən mübahisələrin məkan fərqləridir.

Artıq yuxarıda xatırlatdığımız kimi, S.Musayevlə SOCAR əməkdaşları arasında ilk belə mübahisə iki il öncə, 2017-ci ilin oktyabr ayında Suraxanı rayonunda yaşanıb. S.Musayev həmin il Dövlət Neft Şirkətinə məxsus olan torpaqda ev tikib və evi tikmək üçün heç bir sənədi olmadığına görə SOCAR əməkdaşları onun evini söküblər.

Həmin hadisə baş verən zaman məsələyə münasibət bildirən Suraxanı rayon icra hakiminin Yeni Suraxanı qəsəbə nümayəndəsi Vahid Danıyev kadrların köhnə olduğunu, qazinin ev tikməsinə şərait yaradıldığını, hazırda o evdə yaşadığını bildirib.

2017-ci ildəki kadrlarda “Qarabağ əlili Sərxan Musayevin evinin 3-cü dəfə sökülməsi” barədə səsləndirilən fikirlər də diqqət çəkir. Amma daha əvvəl onun evləri harda olub və necə sökülüb, buna aydınlıq gətirmək mümkün deyil.

Bir neçə gün əvvəl baş verən qarşıdurma da yenə S.Musayevə məxsus torpaqda baş verən tikinti üstündədir. Ancaq bu dəfə mübahisə Yeni Suraxanıda deyil, Biləcəri ərazisindədir.

Maraqlıdır, 2017-ci ildə S.Musayevin SOCAR əməkdaşları ilə mübahisədə “qalib çıxaraq” Yeni Suraxanıda tikdiyi və “artıq içində yaşadığı” ev hanı?

Və niyə iki ildən sonra yenə SOCAR-a aid, bu dəfə Biləcəridə evtikmə qarşıdurması yaşanır?

Ehtimal ki, Qarabağ əlili olan S.Musayevin doğrudan da qanunla icazə verilməyən ərazilərdə ev tikib-satmaq biznesi mövcuddur.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:17 Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi. Mediaxeberleri.az xəbər verir ki, 19 Mart 2019-ci il tarixində Novruz bayramı ilə bağlı Ağstafa rayon İcra hakimiyyətinin və Ağstafa Aqroparkın təçkilatçılığı ilə rayonun Qarabağ
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az