t s

» » Qazaxlı gənclər hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yola salınıb

Qazaxlı gənclər hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yola salınıb

3-10-2019, 20:11 Yazar:  Firuzə Baxılıb: 180 Çap et
Qazaxlı gənclər hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yola salınıb
“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Respublika Prezidentinin 28 avqust 2019-cu il tarixli Sərəncamına müvafiq olaraq qazaxlı gənclər yüksək əhval-ruhiyyə ilə müddətli həqiqi hərbi xidmətə yola salınıblar.

Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Qazax Gənclər Mərkəzinin qarşısında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, mədəniyyət işçiləri, Qarabağ müharibəsi əlilləri, çağırışçılar, onların valideynləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları və çağırışçılar əvvəlcə şəhərin mərkəzində Vətən oğullarının xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın ərazi bütövlüyü və Vətən torpaqları uğrunda canından keçən şəhidlərimizin ruhuna dualar oxunub, memorial önünə tər qərənfillər düzülüb.

Sonra Gənclər Mərkəzinin qarşısında davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov çıxış edərək müddətli həqiqi hərbi xidmətə yola düşən gəncləri əlamətdar gün münasibətilə təbrik edib və şərəfli bir missiyanı yerinə yetirməkdə uğurlar arzulayıb. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bugünkü gəncliyə verdiyi dəyəri, yüksək diqqət və qayğını vurğulayaraq həmin dövlət qayğısından qazaxlı gənclərə də pay düşdüyünü bildirib. Aprelin 1-dən başlayaraq fəaliyyət göstərən Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin yaradılmasını qazaxlı gənclərə olan diqqət və qayğı kimi qiymətləndirib. İ.Süleymanov rəhbərlik etdiyi Mərkəzin fəaliyyətə başladığı ilk gündən hər zaman yeniliklər etməyə, xüsusilə də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə daha çox üstünlük verdiyini bildirib. Mərkəz olaraq “Gənc könüllülər”lə birlikdə şəhid ailələrini, Qarabağ qazilərini mütəmadi olaraq ziyarət etdiklərini diqqətə çatdırıb. Vətənpərvərlik tədbirlərinin davamı olaraq builki oktyabr çağırışı üzrə gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması tədbirinin təşkilatçılığını öz üzərilərinə götürmək istəyini hər bir gəncin dəstəklədiyini və həmin tədbir üçün böyük səylə çalışdıqlarını qeyd edib. İ.Süleymanov gənclərə göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə, eləcə də Gənclər Fondunun rəhbərliyinə Mərkəzin üzvləri və könüllüləri adından bir daha dərin minnətdarlığını çatdırıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, hərbi xidmətə yola salınanları, onların valideynlərini təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. İcra başçısı qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək hər bir çağırışçı üçün ən müqəddəs borcdur. Xalq-ordu birliyi imkan verir ki, bu gün hərbi xidmətə yola düşən gənc çağırışçılar Vətənimizə ləyaqətlə xidmət edərək müstəqilliyimizin qorunmasına və möhkəmlənməsinə öz töhfələrini versinlər. Rayon rəhbəri ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərin ordumuzun hərtərəfli inkişafına və güclənməsinə səbəb olduğunu bildirib. Əsası Ulu Öndər Heydər Əliyevin qoyduğu ordu quruculuğu siyasətinin bu gün onun layiqli davamçısı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, bu uğurlu siyasətin nəticəsidir ki, 2016-cı ilin aprel ayında ordumuzun hərbi birləşmələri qısa müddət ərzində işğal altında olan ərazilərimizin bir hissəsini düşməndən azad etdi. İcra başçısı bu gün Azərbaycanın 20%-dən çox torpağının, o cümlədən də Qazaxın Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndinin düşmən tapdağı altında olduğunu qeyd edib. Bu gün müddətli həqiqi hərbi xidmətə yola düşən gənclərin sırasında Aşağı Əskipara, Bağanıs Ayrım kəndlərindən olan gənclərin də olduğunu söyləyib. Gənclərlə hər zaman qürur duyduğunu bildirən rayon rəhbəri çağırışçılara bir daha Vətənin layiqli əsgəri olmağı tövsiyə edib, hərbi xidmətə yola düşən çağırışçı-gənclərə ən xoş arzularını çatdırıb. Vətən qarşısında ən müqəddəs borcu qaytarmağa, şərəfli bir yolu keçəmək üçün yola düşən gənclərə bu yoldan alnıaçıq, üzüağ şəkildə qayıtmağı arzu edib. İşğal altında olan torpaqlarımızda, eləcə də Qazaxın düşmən tapdağında olan 7 kəndində üçrəngli Azərbaycan bayrağını dalğalandırmağı arzulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon şöbəsinin rəisi, mayor Mehman Rəhimov çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında 28 avqust 2019-cu il tarixində Sərəncam imzaladığını bildirib. Hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu vurğulayaraq gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi tövsiyə edib. M.Rəhimov qeyd edib ki, Aprel döyüşləri Azərbaycanın hərb tarixində şanlı qələbəmiz olmaqla yanaşı, eyni zamanda Milli Ordumuzun istənilən döyüş tapşırığının yerinə yetirilməsinə hazır olduğunu bir daha sübut etdi. İnanırıq ki, bu gün hərbi xidmətə yola saldığımız gənclər məhz belə güclü ordunun cəsur və layiqli əsgərləri olacaqlar.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədr müavini Xasay Balayev, şəhid ailəsi Kifayət Mustafayeva Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edib, onların övladlarının ordu sıralarında ləyaqətlə xidmət edəcəklərinə əminliklərini bildiriblər. Çıxış edənlər əsgər getməyin Vətən qarşısında əsl kişilik məktəbini keçmək olduğunu qeyd edərək bu məktəbi qələbə müjdəli zəfərlərlə başa vurmağı arzu ediblər. Vətənpərvərlik hissini özündə əks etdirən bu məktəbdən hər zaman xoş sədalarının eşidilməsini arzulayblar.

Valideyn Almaz Əhmədova çağırışçı gənclərə xoş arzularını çatdırıb. Qarabağda eşidiləcək qələbə səsində, sorağında bu gün həqiqi hərbi xidmətə yola düşən gənclərin də payının olmasını arzu edib.

Çağırışçılar adından çıxış edən Baba Abdullayev Vətənə layiqincə xidmət edəcəklərini bildirib.

Sonra tədbir musiqili-əyləncəli proqramla davam edib. Aşıqlardan Camoy Qurbanovun, Yaşar Gülümcanovun, gənc aşıq Şahin Süleymanovun bir-birindən rəngarəng saz havaları gənc çağırışçılara əsl bayram əhval-ruhiyyəsi yaşadıb. Zurnaçıların ifasında səslənən mahnı sədaları altında çağırışçıların və gənclərin birgə rəqsi xoş anlarla yaddaşlara yazılıb. Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəqs qrupu da rəqs nömrəsi ilə gənclərə təbriklərini çatdırıb.

Mərasim başa çatdıqdan sonra hərbi çağırışçılar üçrəngli Azərbaycan bayrağını öpərək hərbi xidmətə yola salınıblar.Goyezrn.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az