t s

» » Bakıda X Avropa Film Festivalı başladı

Bakıda X Avropa Film Festivalı başladı

3-10-2019, 08:33 Yazar:  Firuzə Baxılıb: 66 Çap et
Bakıda X Avropa Film Festivalı başladı
Bu gün Park Sinemada Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, Avropa İttifaqının üzv dövlətlərin səfirliklərinin dəstəyi ilə 10-cu Avropa Film Festivalı öz fəaliyyətinə başlayıb.

Kult.az xəbər verir ki, tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, insanların Avropa filmləri və mədəniyyəti ilə maraqlanması onlar üçün böyük mükafatdır. Bu bizim birimizi tanımaq və əməkdaşlıq qurmaq üçün cox gözel yoldur: "Mən hər kəsə və xüsusilə də səfirliklərə bu işdə töhfə verdikləri üçün təşəkkür edirəm. Bu Macar filmi olduguna görə Macar səfiri bütün alqışlara layiqdir", deyə səfir bildirib.

Daha sonra "Azərbaycanfilm" Kinostudiyasının direktoru Cəmil Quliyev bildirib ki, Bakida 10-cu dəfə Avropa film festivalının keçirilməsi Festival hərəkatının inkişafı demekdir: "Hər bir festival hər bir ölkənin mədəniyyətinə öz töhfəsini verir. Mən Mədəniyyət Nazirliyi adından təşkilatçilarına öz təşəkkürümü çatdırıram".

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi çıxış edərək məhz macar filminin ilk olaraq təqdim olunmasından qürur duyduğunu bildirib: "Bizim filmimiz bəşəriyyətin ən böyük fəlakəti olan Holokost barədədir. Bu barədə bir çox film çəkilsə də ancaq bu filmdə yeni metodlardan və yanaşmalardan istifadə olunmuşdur. Məhz bu yanaşma sayəsində Oskar mükafatına layiq görülmüşdür ", deyə sefir bildirib.

Daha sonra Macarıstan istehsalı olan "Saulun oğlu " filmi nümayiş olunub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:31 Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda ilk dəfə Üzüm və Şərab Festivalı keçiriləcək Avqustun 30-31-də Şamaxı rayonunun Meysəri kəndində Azərbaycan Üzüm və Şərab Festivalı keçiriləcək. Tədbir “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunacaq. Mediaxeberleri.az-ın məlumatına görə, Festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təssərüfatı
20:48 Ağstafada “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı keçirildi 29 Mart 2019-cu il tarixdə Ağstafa rayon Heydər Əliyev parkında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “ “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı keçirildi. Layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni
18:18 Dövlət Komitəsinin nümayəndə heyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iclasında iştirak edib Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin 3-cü iclası keçirilib. İclasda ölkəmizi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
08:07 MEK “Macarıstan-Azərbaycan mədəni əlaqələrinin inkişafına Mərkəzi Elmi Kitabxananın töhfəsi” adlı tədbir keçirib AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və Macarıstanın Azərbaycandakı Səfirliyi “Macarıstan-Azərbaycan mədəni əlaqələrinin inkişafına Mərkəzi Elmi Kitabxananın töhfəsi” adlı tədbir keçirib. Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi MEK-lə olan əməkdaşlıqdan söz açıb. O, qarşılıqlı
21:54 Azərbaycanla Aİ arasında yeni müqavilə imzalanacaq – YENİLƏNİB Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskas fəxri qarovul dəstəsinin qarşısından keçib. Mediaxeberleri.az-ın xəbərinə görə, Kestutis Yankauskas etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az