Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Mediaxeberleri.Az xəbər verir ki, rayon sakini, 1989-cu il təvəllüdlü Elçin Qocayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü xəsarət alıb. Ona hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının həkimləri tərəfindən ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Öz şərhini bildir: