t s

» » Rusiyada azərbaycanlını qətlə yetirən erməni Ermənistana verilir

Rusiyada azərbaycanlını qətlə yetirən erməni Ermənistana verilir

1-10-2019, 12:30 Yazar:  Firuzə Baxılıb: 39 Çap et
Rusiyada azərbaycanlını qətlə yetirən erməni Ermənistana verilirRusiyada azərbaycanlının qətlinə görə 18 il həbs cəzası alan Arman Arakelyan Ermənistana ekstradisiya ediləcək.

Mediaxeberleri.az-ın xəbərinə görə, bu barədə A. Arakelyanın oğlu Qurgen Arakelyan bildirib.

Onun sözlərinə görə, atasının ekstradisiyası 1-2 ay çəkəcək.

Qeyd edək ki, bundan əvvəl Rusiya A.Arakelyanı Ermənistana təhvil verməyə hazır idi. Lakin Ermənistanın keçmiş Ədliyyə naziri Artak Zeynalyan bunu məqbul saymamışdı.

Xatırladaq ki, qətl hadisəsi A.Arakelyana məxsus kafedə onunla azərbaycanlı arasında yaranmış mübahisədən sonra baş verib.

Ermənistan vətəndaşı mübahisədən sonra avtomobil dayanacağında onu izləyərək qətlə yetirib.

A.Arakelyan artıq dörd ildir ki, Nurmansk həbsxanasında cəzasını çəkir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az