t s

» » Batumidə müsəlmanlara qarşı ayrıseçkilik baş verib – Gürcüstan məhkəməsi

Batumidə müsəlmanlara qarşı ayrıseçkilik baş verib – Gürcüstan məhkəməsi

1-10-2019, 09:31 Yazar:  Firuzə Baxılıb: 28 Çap et
Batumidə müsəlmanlara qarşı ayrıseçkilik baş verib – Gürcüstan məhkəməsi
Batumi şəhər məhkəməsi meriyanın yerlı müsəlmanlara qarşı ayrıseçkilik etməsi faktını təsdiqləyib.

Bununla məhkəmə müsəlman icmasının yerli icra orqanlarına qarşı vəsadətini təmin edib.

Məhkəmə şəhər rəhbərliyinin yeni məscidin tikilməsinə qoyduğu qadağanı qanunsuz hesab edib.

Hakim bildirib ki, məscidin tikiləcəyi ərazidə artıq 7 pravoslav kilsəsi mövcuddur və onların tikilməsinə heç bir qadağa qoyulmayıb. Beləliklə də, burada məscidin tikilməsinə heç bir maneə yoxdur.

Məhkəmənin qərarına əsasən, Batumi meriyası məscidin tikilməsi üçün verilən ərizəyə yenidən baxmalıdır.

Qeyd edək ki, Batumidə bircə məscid var ki, o da bütün dindarları eyni vaxtda qəbul edə bilmir. Müsəlman icmasının yeni məscidin tikilməsi üçün verdiyi ərizəni meriya rədd etmişdir: səbəb kimi həmin ərazidə tikililərin sıxlığı göstərilmişdir. (oxu.az)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:41 “Biləcəri Təmir Quraşdırma”nın rəhbərliyi ədliyyə nazirinə şikayət etdi - QALMAQAL Mediaxeberleri.az xəbər verir ki, “Təzadlar”ın ötən sayında “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbərliyinin 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin sədri Rəşid Rzayevə ünvanlı “Açıq məktub”unu təqdim etmişdik. Hansı ki, şikayətçi rəhbərlik redaksiyaya həm də Prezident cənab İlham Əliyevə,
10:07 Xəzər rayon Məhkəməsi hakimindən görünməmiş qanunsuzluq - ETİRAZ «Təzadlar» qəzeti redaksiyasına Xəzər rayonunun Buzovna qəsəbə sakinləri- Əliyev Ağasadıx İbrahim oğlu, Şücai Qızxanım Nadir qızı, 1-ci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızı və Zeynalova Azadə Xudaverdi qızı tərəfindən yazılmış və Azərbaycan ədliyyə naziri cənab Fikrət Məmmədova (surəti
07:45 Dövlət müşavirindən məscidin sökülməsinə - Reaksiya Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev Azərtac-a müsahibə verib. Mediaxeberleri.az
10:03 Hacı Cavad məscidi ilə bağlı gərginlik yaradanlar... - məsələyə dini-siyasi çalar verməyə cəhd edirlər Tolerantlıq və multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Əsrlərdir ki, odlar diyarı adlandırılan bu məmləkətdə müxtəlif dinlərin təmsilçiləri olan çoxsaylı millətlər bir ailə şəklində yaşayır, yaradırlar. Bolşevik libasına bürünən daşnakların ötən əsrin əvvəllərində azərbaycanlılara
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az