t s

» » Millət vəkili Ülviyyə Ağayeva Qazaxda seçiciləri ilə görüşüb

Millət vəkili Ülviyyə Ağayeva Qazaxda seçiciləri ilə görüşüb

25-09-2019, 08:58 Yazar:  Firuzə Baxılıb: 264 Çap et
Millət vəkili Ülviyyə Ağayeva Qazaxda seçiciləri ilə görüşüb
Millət vəkili Ülviyyə Ağayeva Qazaxda sərhəddə yerləşən Cəfərli və Bala Cəfərli kəndlərinin sakinləri ilə növbəti görüşünü keçirib.

Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun 5 kəndi - Cəfərli, Bala Cəfərli, Fərəhli, Quşçu Ayrım və Məzəm kəndləri daim mənfur düşmən gülləsinin atəşinə məruz qalır. Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi isə hələ də işğal altındadır. Qazax rayonu eyni zamanda Vətən torpaqlarının azadlığı uğrunda 287 şəhid verib. 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bu gün hər kəsə yaxşı məlumdur ki, Qazax rayonunun düşmənlə sərhəddə yerləşən kəndləri daim diqqət mərkəzindədir. İstər dövlətimiz, istərsə də rayon rəhbərliyi tərəfindən sərhəd bölgəsində yaşayan sakinlərə hər zaman diqqət və qayğı göstərilir. Qarşılaşdıqları problem və çatışmazlıqlar öyrənilir və həlli üçün yerindəcə tapşırıqlar verilir. Rayon rəhbərliyinin sərhəd kəndlərində yaşayan sakinlərə olan diqqət və qayğısının nəticəsidir ki, sərhəddə yaşayan sakinlərlə rayon rəhbərliyi arasında səmimi bir münasibət, doğmalıq yaranıb. Sakinlərə olan qayğının ən bariz nümunəsi isə rayon rəhbərinin mütəmadi olaraq sərhəd kəndlərində olması, görüşlər keçirməsi, eləcə də onların xeyir və şər işlərində iştirak etməsidir.
Digər sərhəd kəndləri kimi, Cəfərli və Bala Cəfərli kəndləri də dövlətimizin, ölkə başçısının, rayon rəhbərinin daim diqqət mərkəzində saxladığı kəndlərdəndir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun və Milli Məclisin deputatı Ülviyyə Ağayevanın Cəfərli və Bala Cəfərli kəndlərinin sakinləri ilə görüşməsi, onların qayğıları ilə maraqlanmaları dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısının daha bir əyani sübutudur.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Qeyd edib ki, ötən həftə səyyar görüşdə də söylədiyim kimi bu cür görüşlərin əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir.
“Bu gün rayonumuzda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın”, - deyən icra başçısı son 3 ildə Qazaxda aparılan abadlıq və tikinti-quruculuq işlərinin geniş vüsət aldığını bildirib. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işləri, istifadəyə verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının inkişaf etdirilməsini, tikinti-quruculuq işlərinin gündən-günə artmasını bu dediklərimizin əyani sübutu kimi qiymətləndirib.
İcra başçısı Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda hər zaman ön plana çəkildiyini bildirib. Bu gün Milli Məclisin deputatı Ülviyyə Ağayevanın sakinlərlə keçirdiyi görüşü vətəndaşlara olan qayğının əyani sübutu kimi qiymətləndirən rayon rəhbəri bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyini, onları narahat edən hər hansı bir məsələ olarsa, müsbət həlli üçün bundan sonra da daim xüsusi həssaslıqla yanaşılacağını qeyd edib.
İcra başçısı son illər Cəfərli və Bala Cəfərli kəndlərində aparılan quruculuq işlərindən, vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən də söz açıb. Ölkə başçısının diqqət və qayğısı sayəsində Cəfərli kəndində yeni asfalt yolun çəkilməsini, kənddə uşaq bağçasının əsaslı təmirdən sonra körpə fidanların istifadəsinə verilməsini görülən işlərin bariz nümunəsi kimi dəyərləndirib.
Rayon rəhbəri digər kəndlərdə olduğu kimi, Cəfərli kəndində də su probleminin olduğunu və bu sahədə xeyli işlər görüldüyünü vurğulayıb. Ən son Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən kənddə əhalinin su təminatını yaxşılaşdırmaq məqsədilə kəndin yuxarı hissəsində ən hündür nöqtəyə 2 ədəd 25 tonluq su çənlərinin qoyulmasını, kənddəki mövcud subartezian quyusunun nasosunun və boruların yenisi ilə əvəz edilməsini, evlərə su xəttinin çəkilməsini qeyd edib.
İcra başçısı kənddə həlli vacib olan bir sıra məsələlərdən də danışıb. Hazırda kənddə torpaq islahatının aparılmaması, qəzalı vəziyyətdə olan evlərin təmiri, yeni salınmış evlərə qaz xəttinin çəkilməsi kimi məsələlərin olduğunu bildirib və bu istiqamətdə məqsədyönlü işlərin görülməsinin nəzərdə tutulduğunu qeyd edib.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək sakinləri salamlayıb, xoş arzularını çatdırıb. Qeyd edib ki, bu gün respublikamızın bölgələrində olan inkişafı Qazaxın, hətta, rayonun sərhəd kəndlərində aparılan genişmiqyaslı quruculuq işlərindən aydın şəkildə görmək olur. Ölkə başçısının rəhbərliyi altında bölgələrimizin, eləcə də Qazaxımızın siması sözün yaxşı mənasında gündən-günə dəyişir. Daha abad və yaraşıqlı olur. Bütün bunlar isə bir vətəndaş kimi məni çox sevindirir. Qürur hissi duyuram ki, bu gün dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət Qazaxda olduğu kimi icra olunur. Ən əsası isə rayonda vətəndaş amili hər zaman ön planda tutulur. Ü.Ağayeva seçicilərinin ona olan etimadını hər zaman yüksək qiymətləndirdiyini və o etimadı layiqincə doğrultmağa çalışdığını qeyd edib. Onlara olan diqqətin, qayğının bundan sonra da olduğu kimi, davam edəcəyini söyləyib.
Kənd sakinlərindən ağsaqqal Sabir Vəliyev, Məzahir Mustafayev, Abdulla Əsgərov və başqaları çıxış edərək bildiriblər ki, bu gün biz sülh və əmin-amanlıq şəraitində yaşayırıqsa, Prezident İlham Əliyevə minnətdar olmalıyıq. Bu gün sərhədimizin sərhədçilər tərəfindən qorunması bir daha sübut etdi ki, biz sərhəddə yaşayan sakinlərin təhlükəsizliyi hər zaman dövlətimiz üçün başlıca məsələlərdən biri olub və bundan sonra da olacaqdır. Dövlət tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edən sakinlər onlara verilən dəyərə görə Respublika Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya kənd sakinləri adından minnətdarlıqlarını çatdırıblar. Onlarla mütəmadi olaraq belə səmimi görüşlər keçirdiyinə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini bildiriblər. Kənddə yeni uşaq bağçasının istifadəyə verilməsini, yeni asfalt yolun çəkilməsini bu gün də razılıq hissi ilə qarşıladıqlarını diqqətə çatdırıblar. Rayonda vətəndaş amilinin ön planda tutulmasından danışan sakinlər qeyd ediblər ki, biz sərhəddə yaşayan sakinlər hər dəfə əmin oluruq ki, bizə arxa olan dövlətimiz, dövlət başçımız və rayon rəhbərimiz var.
Səmimi söhbət əsasında keçən görüşün sonunda xatirə şəkili çəkdirilib.

GOYEZEN.AZ

Millət vəkili Ülviyyə Ağayeva Qazaxda seçiciləri ilə görüşüb
Millət vəkili Ülviyyə Ağayeva Qazaxda seçiciləri ilə görüşüb
Millət vəkili Ülviyyə Ağayeva Qazaxda seçiciləri ilə görüşüb





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
14:27 Dəmirçilər kəndində səyyar görüş keçirilib 14.03.2019 -cu il tarixdə ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən hər həftə keçirilən növbəti səyyar görüş Dəmirçilər kəndində olub. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə ötən ildə qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən işlərdən,
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
19:37 Sərhəd kənddə hesabat yığıncağı keçirilib Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov: “Siz çox mərd və dəyərli insanlarsınız. Ona görə Siz hər cür diqqət və qayğıya layiqsiniz”. Mediaxeberleri.az xəbər verir ki, bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının Quşçu Ayrım kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2018-ci

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az