t s

» » Gəncə terroru: şok stenoqram yayıldı - Video

Gəncə terroru: şok stenoqram yayıldı - Video

23-09-2019, 08:19 Yazar:  Firuzə Baxılıb: 155 Çap et
Gəncə terroru: şok stenoqram yayıldı - Video
İndi danışmaq çox asandır. Artıq problem həllini tapıb. Terrorçuların bir qrupu məhv edilib. Onların dəstəkçiləri yaxalanıb. Ağır və yüngül cəzalananalar var. Amma o günlər Gəncədə müdhiş bir gərginlik var idi. Şəhərin rəhbərinə ağır xəsarət yetirilmişdi. İki polis zabiti öldürülmüşdü. Bir polis zabiti ağır yaralanmışdı.

Azərbaycanın bütün rayonlarının icra başçılarına gizli bir edam cəzası elan olunmuşdu. Hüquq-mühafizə orqanları sərt tədbirlər görməsəydi, bir az ovcuyumşaqlığa rəvac versəydi, vəziyyət daha dramatik, daha faciəvi şəkil alacaqdı.

İndi biz çox sakit və soyuqqanlı şəkildə, özünü heç nə olmayıbmış kimi aparan maraqlı valideynlərin aqressiv bəyanatlarının şahidi oluruq. “Neyləyiblər ki? Meydana giriblər də? Nə var ki burda, elə mən də girərdim? Meydana girməyə görə adama 6 il, 8 il iş verərlər?” kimi özünü avamlığa vurmuş suallar verənlərlə rastlaşırıq.

Övladlarına azadlıq tələb edən valideynlər artıq çoxdandır ki, siyasi bəyanatlar verirlər. Əlbəttə, hər bir ata-ana üçün övladı məsumdur, günahsızdır. Amma bağışlayın məni, o hökm dövləti təhdid edən, cinayətə haqq qazandıran analar barədə deyil. Valideynlərin hər bir halda övladının yanında olmaq arzusunu, iradəsini anlamaq mümkündür. Amma onların hüquq və qanundan ciddi anlayışsızlıqları var. Bəlkə doğrudan da elə bilirlər ki, meydanda olmaq cinayət deyil?! Amma baxır hansı meydanda və hansı halda.

1995-ci ilin martında Xüsusi Təyinatlı Dəstənin zərəsizləşdirilməsi zamanında da fərd olaraq qətldə iştirak edənlərin sayı çox deyildi. Amma həbs edilənlərin sayı dəfələrlə artıq oldu.

1993-cü ildə Əlikram Hümbətov separatizmilə döyüşdə də dəstə üzvləri həbs edildilər və uzun müddətə azadlıqdan məhrum edildilər.

Bu gün də qanun eyni qiyafədə və kəsərdədir. Bəli, polis zabitlərini bir nəfər qətlə yetirib. Amma onun tərəfdarları, əlbirləri, işbirləri, qaçıb aradan çıxmasına kömək edənləri çox olublar. Həbs olunmuşlar, hökm oxunmuşlar isə futbol oyununda oturacaq sındırıb meydana petart atdıqlarına görə məsuliyyətə cəlb edilməyiblər. Onlar dövlətə terror edən birinin çağırışına tabe olub, onunla birlikdə fəaliyyət göstəriblər.

Hörmətli tamaşaçılar, siz Rəşad Böyükkişiyevi tanıyırsızmı? Onun çıxışlarını eşitmisizmi?

Əli Kərimli başda olmaqla qaragüruhla məsələ aydındır. Onlar cinayətə cəlb edilmiş gəncləri öz bufer zonaları statusunda qoruyurlar. Ona görə qoruyurlar ki, 2018-ci ilin iyul terrorunda, həmin hadisələr zamanı özləri də onlarla birlikdə olublar. Onlara təbliğati dəstək veriblər. Əli Kərimli də, Sevinc Osmanqızı da, Qənimət Zahid... və başqaları da. Antidövlət mövqe tutan bu insanların geriyə yolu yoxdur. Onlar əslində özlərini müdafiə edirlər. Amma siz, şəxsən siz, hər biriniz Rəşadın çıxışlarından xəbərdarsızmı? Bu adamın manyakal müraciətlərini eşitmisizmi? Bu standart terrorist müraciətidir, mənim əzizlərim!

Çoxdan idi ki, müəyyən səbəblərdən bu müraciəti göstərmək istəmirdim. Amma bir neçə gün əvvəl iyul terroruyla bu və ya digər dərəcədə bağlılığı olan gənclərdən birinin valideyninin çıxışına qulaq asdım və başa düşdüm ki, qadın doğrudan deyəsən, cinayətin mahiyyətini, miqyasını anlamır. İndi sizə çox qısa bir parça göstərəcəm. Bu həmin o Rəşaddır. Əli Kərimli güruhunun tez-tez az qala siyasi idol, Məhəmməd Əmin Rəsulzadənin işıqlı kölgəsi kimi təqdim etdiyi Böyükkişiyev Rəşad.

Müraciətdən çox qısa bir fraqmentdir. Diqqətlə baxaq və başa düşək ki, həmin gənclər kimin yanında olub o günlər. Kimin gizlənməsinə, qaçıb aradan çıxmasına kömək edib. Bu adamın intonasiyasından anlayacaqsız ki, dövlətə necə nifrət edir. Ağalarının əmrini yerinə yetirmək üçün necə amadədir. Soyuqqanlı baxmağa çalışaq. Obyektiv olmağa çalışaq:

Bir də təqdim edirəm. Rəşad Böyükkişiyev. Terrorçu. Bu müraciəti o, Gəncə İcra Hakimiyyəti qarşısındakı aksiyaya getməzdən əvvəl edib və polis zabitlərini qətlə yetirib.

Və bu müraciətdən sonra o niyyətini həyata keçirir. Sonrasını necə, bilirsiz? Yox yəqin ki, istintaq sirri ola bildiyindən bəzi mətləbləri açmıram. Amma məndə olan bəzi yazışmaları oxuyacam.

Buyurun. Tanış olun. Rəşad Böyükkişiyev artıq öz mənhus niyyətini həyata keçirib. İki polis zabitini qətlə yetirib. Birini isə ağır yaralayıb. Baxın adam təəssüratlarını necə bölüşür:

10 iyul 2018-ci il:

“Sən niyə gəlirsən ki, sənin başına dönüm? Onun yeri hardadı, neçə dənə itləri vurmuşam mən. Mənə bir dənə onun yerini deginən, onu götürüm, o mənə lazımdı!”

“Mehribangilə də deginən. Vaqifgil-zad da yığışsınlar getsinlər kəndə hamısı. Denən yığışsınlar getsinlər, kənddə qalsınlar bir-iki-üç gün”.

“Hə. neçə dənə itlərə soxdum ə. Bərk soxdume özü də desəm. Öldürdüm e”.

Onun yazışdığı şəxsin cavabı belədir:

“Ə, bilirəm, Həci! Qıraxdan çəkib qoyubdu yitubə. Tam düşmürsünüz, amma qıraxdan düşürsünüz. O qara paltarda olan sən döyülsən ki ə, böyürdən xançal çıxardır, şappaşap soxur”.

Rəşad:

“Hə... uje Yutuba qoyublar?

Cavab:

“Hə, Yutuba qoyublar, Həci. Xəncəl böyürdən çıxanda hamısı da düşübdü, prosto, yaxşı ki, kürəyin kameraya düşübdü. Üzün düşməyib kameraya. Ə, görüblər səni uşaqlar. O Xəyaldı-zad, hamısı görüblər. Əligilnən danışıblar. Əli də deyib ə, bilmirəm, o buralarda yoxdur!”


Məqsədim bütün səs yazılarının stenoqramını çatdırmaq deyil. Sadəcə, onu demək istəyirəm ki, bu səs yazıları mütəşəkkil bir cinayət əməlinin həyata keçirildiyini tam sübuta yetirir. Və... hörmətli məhkum, məhbus valideynləri üçün nə qədər ağır olsa da deyim ki, səs yazıları arasında, yəni Rəşada cavab verənlər arasında onların məsum hesab etdiyi bəzi balaların da səsi var. Ona görə də xahiş etmək istərdim ki, özlərini soyuqqanlı olmağa vadar etsinlər. Uzun müddət gözləməyə hazırlaşsınlar. Heç kəsi təhqir etmədən, lənətləmədən. Sakitləşmək, doğmalarının həbsxanada islah olunmasına yardım etmək haqqında düşünsünlər. Elə etmək lazımdır ki, bu uşaqlar həbsdən çıxandan sonra Fuad Qəhrəmanlı sindromu yaşamasınlar, gedib evdə yaxınlarının dizlərini, barmaqlarını sındırmasınlar.

Hörmətli tamaşaçılar, məhkum valideynlərinin ifrat aqressiyası, yersiz çıxışları ona gətirib çıxardı ki, iyul terrorunun qurbanlarının ailələri də gözləmə mövqeyindən çıxdılar. Bu həftə onlar ilk dəfə olaraq Dövlətdən tələb etdilər ki, şəhid polis zabitlərinin qanının yerdə qalmasına imkan verməsinlər. Haqlıdırlar. Çünki həbsxanaya düşənlər bir müddət sonra azadlığa çıxacaqlar və ailələrinin içinə qayıdacaqlar. Amma onların dövlət yolunda canını fəda edən həyat yoldaşları, ata və qardaşları bir daha dönməyəcək.

Şəhid polis ailələrinin müraciəti yayılan kimi xüsusi müxbirimizi Gəncəyə ezam etdik.

Neçə vaxtdır ki, bu və başsız qalmış o biri ailə dözür. Hövsələsinə, səbrinə, abır-həyasına qısılıb dözür. Amma iyul terroruna ictimai çıxışlarla dəstək verən gənclərin valideynləri bəlkə elə anlayırlar ki, polislər öldürülməliydi. Əks təqdirdə günahkarların cəzalandırılmasını elə ilk olaraq onlar tələb etməliydilər. Axı məntiq də diqtə edir ki, sən balanı həbsə salanlara cəza istəyəsən. Aydın məsələdir ki, polis zabitlərinin qatili burada bir, ya iki adam deyil. Qılıncı Rəşad qaldırsa da qatil həm də qara güruhdur. Ona görə də söhbət bir, ya iki nəfəri cəzalandırmaqdan yox, güruhu cəzalandırmaqdan getməlidir. Həm də cəza yalnız həmin hərəkəti edənləri yox, gələcəkdə belə yanlış addımları planlaşdıranları çəkindirmək məqsədi güdürr. Ola bilər ki, hissə qapılıram. Prosesin içindən heç cür çıxa bilmədiyim üçün belə düşünürəm. Amma bu günlərdə Bakıda yol polisini təhqir edən adi sürücü belə məndə elə təəssürat yaradır ki, onun əməli asayiş keşikçisini qəsdən gözdən salmaq məqsədi güdür və Gəncədə polisə əl qaldıranlarla az qala eyni daxili vəziyyəti daşıyır. Buna görə də polisdən daha sərt, daha güzəştsiz, qanunun ən amansız formatında davranış tələb etmək istəyirəm. Buna görə də həmin polis əməkdaşının ərizə yazıb təqaüdə getməsini həm də özünəməxsus jest hesab edirəm. Əks təqdirdə də qovulmalıdır. Bilirsiz niyə? Paqonlarını hansısa xəstə sürücüyə qapazaltı verdiyinə görə.

Biz çox həssas bir dövrdə yaşayırıq. Dövlətin taleyinin hər bir vətəndaşla indiki qədər bağlı olduğu bir vaxt yadıma gəlmir. Bəzən sadəcə maraqlı görünmək naminə dövləti risk altına qoyduğumuzun fərqində olmuruq. Elə şeylər var ki, bəlkə də xırdalıqdır və burada adi məntiqlə belə opponenti alt-üst etmək olur.

Məsələn, qaragüruhbaşı Kərimli prezidentin köməkçisi Əli Həsənovun təhsil ilinin başlanması ilə bağlı təbrik mətnində guya səhv tapır.

Əli Həsənov yazır: “Ümid edirəm ki, bugünkü şagirdlərimizin içərisindən gələcəyin əsl alim və ziyalıları, görkəmli ictimai fəallar, siyasət adamları və mədəniyyət xadimləri, kreativ və təşəbbüskar idarəçilər, işğal altındakı torpaqlarımızın son qarışınadək azad etmək qüdrətində və bacarığında olan igid zabit və əsgərlər, nəhayət, milli iradəli əsl Azərbaycan vətəndaşları yetişəcəkdir”.

Güruhbaşı öz aləmində Dövlət rəsmisini onda ittiham etməyə cəhd göstərir ki, guya Əli Həsənov dolayısı ilə Qarabağ problemin həllini daha 10-15 il sonraya atır və s. Amma adam unudur ki, dövlət doktrinasına görə Azərbaycanın işğal altında olan ərazilərinin hüdudları Qarabağla və ətraf rayonlarla kifayətlənmir, daha böyük bir ərazini əhatə edir. Yəni söhbət bir yox, bir neçə nəsilin də azad etmək borcu ola biləcək qədər ərazilərdən gedir. Dediyim budur ki, burada hiss olunur ki güruhbaşı piyadadır və onun məntiqi tez tərksilah olur, həm də lamisənin hüdudları içəridir. Əli Kərimlinin icrasında.

Qeyd: Mətn videonun 39-cu dəqiqəsindən başlayır.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az