t s

» » Musiqiçilərimiz Beynəlxalq Sülh Günündə Fransada konsert veriblər

Musiqiçilərimiz Beynəlxalq Sülh Günündə Fransada konsert veriblər

22-09-2019, 14:51 Yazar:  Firuzə Baxılıb: 204 Çap et
Musiqiçilərimiz Beynəlxalq Sülh Günündə Fransada konsert veriblər
Beynəlxalq Sülh Günü münasibətilə Fransanın Carriere-sous-Poissy kommunasında meriyanın dəstəyi və azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın təşkilatçılığı ilə “Sülh naminə” adlı konsert keçirilib.

Carrie-sous-Poissy kommunasının meri çıxış edərək Beynəlxalq Sülh Günü münasibətilə konsertin təşkilinə görə kommunanın sakini Səidə Zülfüqarovaya minnətdarlığını bildirib. O, ötən ilki kimi bu il də konsertin maraqlı olacağına və hamı tərəfindən seviləcəyinə əminliyini ifadə edib.

Konsertdə məşhur klassik bəstəkarların əsərləri səsləndirilib. S.Zülfüqarova və Əməkdar artist, tarzən Sahib Paşazadə muğamlarımızı, Arif Məlikovun və Həsən Rzayevin musiqilərini ifa ediblər.

Dinləyicilər ifaları böyük maraqla qarşılayıblar. Fransız musiqisevərlər milli musiqi aləti tara böyük maraq göstəriblər. Onlar konsertdən sonra tarzənə yaxınlaşaraq tarla bağlı suallar veriblər.

Konsertdən əvvəl yerli qəzetdə azərbaycanlı pianoçu S.Zülfüqarova haqqında məlumat dərc olunub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:30 İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Berlində konsert təşkil edilib Sentyabrın 11-də Almaniyanın paytaxtı Berlində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə böyük şairi və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bəstəkarlarımızın əsərlərindən ibarət “In Memoriam Nasimi – 650 Jahre Imadeddin Nasimi” adlı konsert təşkil edilib.
14:47 Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib 15.03.2019-cu il tarixdə Qazaxda fəaliyyət göstərən şəhər bağçaları arasında ikinci dəfə olaraq ilin ən yaxşı bağçasının müəyyənləşdirilməsi məqsədilə genişmiqyaslı şəkildə vətənpərvərlik ruhunda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və
08:14 "Broker Əbülfəz" həbsdən yayına biləcəkmi? - Onu Səfər Mehdiyev qoruyur? Artıq neçə müddətdir ki, ölkə mətbuatında bir sıra DGK generallarının məsuliyyətə cəlb olunmağından bəhs edən məlumatlar səngimək bilmir. Yada salaq ki, bu il aprelin 30-da Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində
14:34 Gömrükdə yeni çalxalanma: "Dərman mafiyası"nın ardından "Yağ mafiyası" vurulur... - Əbülfəz Məlikovun daha bir biznesi çökdürülür Mediadan bəllidir ki, yağ monopoliyası da gömrük generalları tərəfindən himayə olunan brokerlərin nəzarətindədir. Onların lideri isə “Broker” MMC rəhbəridir. Söhbət Əbülfəz Məlikovun yararsız yağ məhsullarını ölkəyə idxal etməsindən gedir. Gələn xəbərlərdə iddia olunur ki, xüsusi xidmət orqanları
01:21 Broylerə məğlub olan “Cücələrim" - ARAŞDIRMA Bəstəkarlar uşaq musiqisi bəstələməyə niyə normal şeir tapa bilmirlər? Gəlin, ən məşhur uşaq mahnılarından bir neçəsini xatırlayaq: məsələn, mənim ağlıma ilk gələn məşhur “Cücələrim” oldu. Daha sonra “Kukla”, “Oynaq topum”, “Kim sevirsə idmanı”, “Mən baharın qızıyam” və s. Son illərdə uşaq

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az