t s

» » İki güləşçimiz qızıl medal uğrunda yarışacaq - Dünya çempionatı

İki güləşçimiz qızıl medal uğrunda yarışacaq - Dünya çempionatı

22-09-2019, 11:26 Yazar:  Firuzə Baxılıb: 69 Çap et
İki güləşçimiz qızıl medal uğrunda yarışacaq - Dünya çempionatıQazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatına bu gün sərbəst güləşçilərin 4 çəki dərəcəsi üzrə final görüşləri ilə yekun vurulacaq.

Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan yığmasının iki üzvü final qarşılaşmasına çıxacaq. Artıq 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Şərif Şərifov (97 kq) rusiyalı olimpiya, 3 qat dünya, 3 qat Avropa çempionu və Avropa Oyunlarının 2 qat qalibi Abdulrəşid Şadullayevlə üz-üzə gələcək.

Qeyri olimpiya çəkisində isə Cəbrayıl Həsənov (79 kq) ABŞ təmsilçisi Kayl Deyklə qarşılaşacaq. Onlar ardıcıl ikinci dəfə həlledici görüşdə üz-üzə gələcəklər. Ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş finalda Deyk qalib gəlmişdi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:23 Güləşçilərimiz daha 3 medal uğrunda yarışacaq Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün sərbəst güləş üzrə daha 5 çəki dərəcəsində medalçılar müəyyənləşəcək. Azərbaycan təmsilçilərindən 92 kq çəki dərəcəsində mübarizə aparan Şərif Şərifov final görüşünə çıxacaq. O, həlledici qarşılaşmada polşalı Zbiqniyev
23:06 Azərbaycanın Olimpiya yığmasının ümumilikdə 18 medal əldə etməsi çox gözəl nəticədir Firdovsi Umudov: Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən uğurlu idman siyasəti ölkəmizi dünya idmanının və Olimpiya hərəkatının ən fəal üzvlərindən birinə çevirib Müsahibimiz Azərbaycanın sərbəst
12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla
10:12 Xetaq Qazyumov qızıl medalı belə qazandı - VİDEO Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 45-ci beynəlxalq Qran Pri turniri start götürüb. Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, turnirdə sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri iştirak edir.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az