t s

» » Ermənistanda qubernator köməkçisi ordu zabitini döyərək öldürüb

Ermənistanda qubernator köməkçisi ordu zabitini döyərək öldürüb

22-09-2019, 08:09 Yazar:  Firuzə Baxılıb: 54 Çap et
Ermənistanda qubernator köməkçisi ordu zabitini döyərək öldürüb
Ermənistanın Vayots Dzor vilayətinin qubernator köməkçisinin başçılıq etdiyi quldur dəstəsi Yexeqnadzor rayonunda ordu podpolkovnikini ölənədək döyüb.

Mediaxeberleri.az
erməni KİV-nə istinadən xəbər verir ki, vilayətin qubernatoru Trdat Sarkisyanın özünün də bu qətldə əli olduğu bildirilir. Respublika prokurorluğunun məlumatına görə, zabiti döyərək öldürən qubernator köməkçisi Arutyun Qriqoryan həbs edilib, amma onun rəisi hələ azadlıqdadır.

Ermənistanın müdafiə naziri David Tonoyan bildirib ki, istintaq davam etdiyinə görə geniş acılama vermək istəmir. O əlavə edib ki, hüquq-mühafizə orqanları zabiti qətlə yetirən vəzifəli şəxslərə qarşı istintaqı ədalətli aparacaq və təqsirkarlar öz cəzalarını alacaqlar.

Qubernator Trdat Sarkisyan isə bu insidentdə əli olduğunu inkar edib. Onun sözlərinə görə, özü hadisə yerində olmayıb və bunu ətrafdakı kameraların qeydləri də sübut edir. Qubernator əlavə edib ki, podpolkovnik fiziki cəhətdən güclü olub və onun köməkçisini təqib edərkən pilləkəndən yıxılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:53 Tarixi həqiqətlər və erməni uydurmaları Hələ XVII əsrdən başlayaraq ermənilər xristian dini etiqadlarından istifadə edərək Avropa dövlətlərinin üzünü Şərqə çevirməyə çalışmış, onların köməyindən istifadə edərək müstəqil «Böyük Ermənistan» yaratmaq xülyasını reallaşdırmaq fikrinə düşmüşlər. Bu işdə ermənilərə daha çox «canıyananlıq
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
16:38 İki qardaşı öldürən bank işçisinin nümayəndəsindən ilginc faktlar - FOTOLAR “Bu ilin yanvarın 8-də saat 17 radələrində hazırda şübhəli şəxs qismində həbs olan Zaur Tərlanov Cavid və Cahid Rəhimov qardaşlarının qəsdən öldürməsi və hansı səbəbdən bu hadisənin baş verməsi hər kəsə məlumdur”. Bunu Qaynar.info-ya Zaur Tərlanovun atası Ənvər Tərlanovun qanuni nümayəndəsi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az