t s

» » İdmançımız finalda erməni rəqibinə qalib gəldi və qızıl qazandı

İdmançımız finalda erməni rəqibinə qalib gəldi və qızıl qazandı

21-09-2019, 09:21 Yazar:  Firuzə Baxılıb: 47 Çap et
İdmançımız finalda erməni rəqibinə qalib gəldi və qızıl qazandı
Azərbaycan karateçiləri İranın Urmiya şəhərində ənənəvi beynəlxalq turnirə uğurla başlayıblar.

Mediaxeberleri.az
Milli Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, finalda ermənistanlı rəqibinə qalib gələn Ramil Baxşəliyev (14-15 yaşl yeniyetmələr, -52 kq) qızıl medala sahib olub.

Azər Tapdıqlı (14-15 yaşl yeniyetmələr, -63 kq) gümüş, Ruslan Qafarlı (14-15 yaşlı yeniyetmələr, -57 kq) ilə Emin Namazov (14-15 yaşlı yeniyetmələr, kata) isə bürünc mükafat qazanıb.

Turnirə fəxri qonaq kimi dəvət olunan Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyası (WKF) Texniki Komitəsinin üzvü Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib. Y.Bəşirov həmçinin İran Karate Federasiyasının prezidenti Seyid Hassan Tabatabaeiyə Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illik yubiley medalını hədiyyə edib.

20-22 sentyabr tarixlərində keçirilən və ümumi mükafat fondu 60.000 avro olan 15-ci "Urmia Open"də 12 ölkədən 412 karateçi iştirak edir. Yarış həm də yeniyetmə və gənclər üçün oktyabrın axırı Çilidə dünya çempionatına hazırlıq xüsusiyyəti daşıyır. Turnirin növbəti günləri digər idmançılarımız tatamiyə çıxacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:45 Avropa çempionatında Mədinə Sadıqova gənc karyerasının ilk gümüş medalını qazanıb Azərbaycan karateçiləri Yeniyetmə və Gənclərin Avropa çempionatında medalların sayını 4-ə çatdırıblar. Mediaxeberleri.az Azərbaycan Milli Karate Federasiyasına istinadən xəbər verir ki, Rusiyanın Soçi şəhərində yarışın ikinci günü 16-18 yaşlı gənclər seçmə komandasının üzvü Hümmət Baxşəliyev (-61
01:44 Azərbaycan 11-ci qızıl medalını qazandı (CƏDVƏL) Bu gün birinci Avropa Oyunlarında keçirilən yarışlarında Azərbaycan 11-ci qızıl medalını qazanıb. Komandamız bir gündə 3 qızıl medal qazanıb. Lakin Azərbaycan yenə siyahıda ikinci yerdədir. Reytinq siyahısına artıq bir neçə gündür ki, Rusiya başçılıq edir. Kişi idmançılar arasında olan reytinq
21:01 "Ermənini yenəcəyəm" deyib, Azərbaycanı dünyaya tanıtdı - VİDEO Azərbaycanda karate deyiləndə onun adı yada düşür. Uşaqlar məşqlərə gedəndə o nümunə göstərilir, onun kimi idmançı olmaq üçün çalışmaları tövsiyə edilir. Söhbətin 4 qat dünya, 10 qat Avropa çempionu, onlarla müxtəlif beynəlxalq və daxili birinciliklərin qalibi Rafael Ağayevdən gedir. Hamımızın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az