t s

» » "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunda “Avropa irs günləri” qeyd olunub

"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunda “Avropa irs günləri” qeyd olunub

20-09-2019, 22:12 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 1030 Çap et
"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunda “Avropa irs günləri” qeyd olunub
Bu gün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlarda “Avropa irs günləri” layihəsinə həsr olunmuş ilk tədbir "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunda baş tutub.

Mediaxeberleri.az
xəbər verir ki, "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğun direktoru Musa Mursaquliyev çıxış edərək tədbir haqqında məlumat verib. Bildirib ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan “Avropa irs günləri” hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, “açıq qapı” günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.

Tədbirdə çıxış edən Ağstafa rayon icra hakimiyyəti başçısının müavini-Ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, Azərbaycan mədəni irs nümunələri haqqında dərin təəssürata malik olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanda UNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınması vacib olan xeyli sayda abidələr var. O, cümlədən "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu.

Sonra söz Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirova verildi. O, vurğuladı ki, Ziyarətçilərin sayını artırmaq üçün qoruqda daim tədbirlər təşkil olunur. Qoruq daima özünün təbliğatını aparır. Davamlı olmağı üçün yaxın vaxtlarda "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğuna və İlham zirvəsinə bayraq yürüşü edəcəyik.

Qeyd edək ki, hər il ölkəmizin müxtəlif regionlarında keçirilən tədbirlər bu il Qobustan Milli Tarix-Bədii Qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Zaqatala Tarix-Mədəniyyət Qoruğu və Quba Soyqırımı Memorial Kompleksində də geniş qeyd olunur.

"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunda “Avropa irs günləri” qeyd olunub
"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunda “Avropa irs günləri” qeyd olunub
"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunda “Avropa irs günləri” qeyd olunub
"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunda “Avropa irs günləri” qeyd olunub
"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunda “Avropa irs günləri” qeyd olunub






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:53 Ağstafada gənclərin hərbi xidmətə yola salınması “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Ağstafa rayonunda gənclərin
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
11:51 “AVEY” DÖVLƏT QORUĞU, YOXSA FERMA TƏSƏRRÜFATI ? DÖVLƏT QORUĞU DÖVLƏTDƏN XƏBƏRSİZDİR - QAZAXDA Uzun illərdir ki, Qazaxın Daş Salahlı kənd ərazisində yerləşən “Damcılı bulağı” dillərin əzbəri olmuşdur. Sovet dönəmində bulağın ətrafına yaşıllıqlar salınmış , bulaq xüsusi görkəmdə düzəldilmişdir. Rayona gələn qonaqlar təsadüf olardı ki, “Damcılı bulağı”nı seyr etməsin, hətta şairlər,
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az