t s

» » Bir neçə dəqiqəyə 90 milyon insan məhv ola bilər - Dəhşətli PROQNOZ

Bir neçə dəqiqəyə 90 milyon insan məhv ola bilər - Dəhşətli PROQNOZ

20-09-2019, 16:00 Yazar:  Firuzə Baxılıb: 31 Çap et
Bir neçə dəqiqəyə 90 milyon insan məhv ola bilər - Dəhşətli PROQNOZRusiya ilə ABŞ arasında nüvə müharibəsi başlasa və silahlı qarşıdurma güclənsə, 90 milyondan insan öləcək və ya yaralanacaq.

“İndependent” nəşrinin yazdığına görə, bu barədə tədqiqatçılar tərəfindən hazırlanan simulyasiyada göstərilib.

Prinston Universitetinin bir qrup aliminin fikrincə, son iki ildə nüvə müharibəsi ssenarisinin reallaşması ehtimalı yüksəlib.

Universitetin Elm və Qlobal Təhlükəsizlik proqramı çərçivəsində aparılan araşdırmanın nəticələrinə əsasən hazırlanan simulyasiyaya görə, nüvə müharibəsinin başlandığı ilk anda 34 milyon insan öləcək, 57 milyonu isə yaralanacaq. Bura radiasiya nəticəsində uzunmüddətli xəstələnəcək şəxslər daxil deyil.

Tədqiqatçıların fikrincə, Rusiya ilə NATO arasında müharibə alovlanması nəticəsində Avropa külə dönəcək.

“Rusiya NATO qüvvələrinin irəliləməsinin qarşısını almaq üçün Kalininqrad şəhəri yaxınlığında yerləşən bazadan nüvə zərbəsi endirəcək. NATO isə havadan taktiki nüvə zərbələri endirəcək”, - deyə tədqiqatçılar bildirir.

Qeyd olunur ki, nüvə silahlarından istifadənin həddi aşılsa, Avropada taktiki nüvə müharibəsi başlayacaq.

“Rusiya NATO bazalarını və irəliləyən qoşunları məhv etmək üçün 300 nüvə başlığı olan orta mənzilli raketləri işə salacaq. NATO isə buna cavab olaraq Rusiyaya 180 nüvə başlığı yönəldəcək və nüvə raket zərbələri endirəcək”.

Tədqiqatçıların qənaətinə görə, daha sonra Vaşinqton və Moskva sualtı qayıqlardan yaşayış məntəqələrinə zərbələr endirəcək, 10-a yaxın şəhərə mərmilər yağdıracaqlar.

Qeyd edək ki, Rusiya və ABŞ “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsindən çıxıblar. Ekspertlərin fikrincə, tərəflərin müqavilədən çıxması qızğın silahlanmaya gətirib çıxaracaq. Bu isə nüvə müharibəsi riskini artırır.

Xatırladaq ki, 1987-ci ildə ABŞ Prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov tərəfindən imzalanmış müqaviləyə görə 500 km-dən 5500 km-ə qədər olan bütün nüvə raketləri qadağan edilməli idi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az