t s

» » Gəncədə aptekdən rüşvət alan baş müfəttiş İŞDƏN QOVULDU - ÖZƏL

Gəncədə aptekdən rüşvət alan baş müfəttiş İŞDƏN QOVULDU - ÖZƏL

20-09-2019, 15:57 Yazar:  Firuzə Baxılıb: 40 Çap et
Gəncədə aptekdən rüşvət alan baş müfəttiş İŞDƏN QOVULDU - ÖZƏLGəncədə aptek sahibindən rüşvət alan əmək müfəttişi vəzifəsindən azad olunub.

Mediaxeberleri.az-ın əldə etdiyi məlumata görə, həmin müfəttiş rüşvət alarkən aptekin kameralarına düşüb. Sonra fiziki şəxs məsələnin araşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə müraciət edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov Unikal.org-a rüşvət faktını təsdiqləyib. O, bildirib ki, həmin əməkdaşın qanunsuz əməli ilə bağlı araşdırma aparılır:

"Gəncə şəhər sakini tərəfindən daxil olan müraciətə əsasən ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 21 saylı DƏM-nin Baş Əmək Müfəttişi vəzifəsində işləmiş Ələsgərov Sənan Bəhman oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə əczaçılıq fəaliyyəti ilə məşğul olan Aydın adlı fiziki şəxsdən qeyri-qanuni pul istəməsi və əldə etməsi faktı təsdiq olunub. Həmin əməkdaş vəzifə funksiyasının icrası zamanı kobud nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib. Aşkarlanmış fakta hüquqi qiymətin verilməsi üçün material Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:35 Bu rayonda illərdir aptek yoxdur, problem isə həll olunmur - Dərmanlar marketdə satılır Bir neçə il əvvəl mətbuatda apteki olmayan rayonla bağlı məlumat dərc edilmişdi. Xəbərlərdə bildirilirdi ki, bu rayonda insanlar dərmanları evlərdə, gizli şəkildə satırlar. Daha vacib dərman preparatlarını isə yaxın rayonlardan əldə edirlər. Söhbət Xızı rayonundan gedir. Xızının mərkəzi istisna
15:33 FAZİL MƏMMƏDOVUN BİZNES İMPERİYASI – Hotellər, zavodlar, marketlər, bazarlar… Türkiyədə “müalicəsi bitməyən” sabiq nazir məhşər ayağına çəkilə, əmlakları əlindən alına bilər… Xəbər verdiyimiz kimi, sabiq vergilər naziri Fazil Məmmədovun Gəncədəki obyektlərində təftiş başlayıb. Ona məxsus Gəncə Beynəlxalq Xəstəxanasında aparılan yoxlamaların vergidən yayınma ilə bağlı
10:10 Fazil Məmmədovun işdən çıxarılması ilə bağlı 4 milyardlıq oğurluq iddiası Böyük məbləğdə vəsaitin gizli şəkildə ofşorlara çıxarılmasında Xaləddin İsgəndərovun da adı hallanır Sabiq vergilər naziri Fazil Məmmədovun işdən çıxarılması gündəmin əsas müzakirə mövzusuna çevrilib. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin birbaşa iştirakı ilə Mikayıl Cabbarovun
18:52 Atam məni də zorlamaq istəyirdi, canımı güc-bəla ilə qurtardım - Dəhşətli ailə dramı Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə
00:07 Oqtay Şirəliyevin yerində olmayan kadrları... - Onların arasında Əli İnsanovun "kassiri" də var... Məlum olduğu kimi, ölkəmizdə son illərdə çoxsaylı müasir, Avropa standartlarına uyğun, zəngin maddi-texniki bazaya malik, yüksək səviyyəli avadanlıqlarla təmin olunmuş müalicə müəssisələri açılıb. Görülən işlər ona görədir ki, xəstələr əziyyət və əlavə xərc çəkib müalicə üçün xarici dövlətlərə üz

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az