t s

» » Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Uşaq Musiqi Məktəblərində Bilik Gününə həsr edilmiş tədbirlər keçirildi

Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Uşaq Musiqi Məktəblərində Bilik Gününə həsr edilmiş tədbirlər keçirildi

17-09-2019, 07:29 Yazar:  Firuzə Baxılıb: 517 Çap et
Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Uşaq Musiqi Məktəblərində Bilik Gününə həsr edilmiş tədbirlər keçirildi
Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbi əsaslı təmir-bərpadan sonra istifadəyə verildi.

Mediaxeberleri.az
xəbər verir ki, açılış tədbirində iştirak edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov rəmzi məna daşıyan lenti kəsərək qarşıdakı tədris ilində məktəbin pedoqoji kollektivinə və şagirdlərə uğurlar arzuladı.

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin mədəniyyət sahəsinə xüsusi diqqət və qayğısından geniş bəhs edən V.Qədirov sentyabrın 1-dən minimum əməkhaqqının artırılmasını ölkə prezidentinin xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində atdığı növbəti addımlardan biri olduğunu bildirdi. Tədbirdə çıxış edən məktəbin tədris hissə müdiri Xəyal Nağıyev, fortepiano şöbəsinin müəllimi Arifə Umudova və başqaları onlara göstərilən bu etimad və qayğıya görə ölkə başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, mədəniyyət naziri Əbülfəs Qarayevə minnətdarlıqlarını bildirərək, yenilənmiş, bərpa olunmuş məktəb binasının onların pedoqoji fəaliyyətinə stimul verəcəyini, yeni-yeni nailiyyətlərə imza atacaqlarını, bu etimada layiq olmağa çalışacaqlarını dilə gətirdilər. Tədbir məktəbin müəllim və şagird kollektivinin hazırladığı Bilik Gününə həsr olunmuş konsert proqramı ilə davam etdi. Sonda xatirə şəkilləri çəkdirildi.

Eyni zamanda Qovlar şəhər və Aşıq Əsəd Rzayev adına Tovuz şəhər Uşaq Musiqi Məktəblərində Bilik gününə həsr edilmiş tədbirlər keçirildi. Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, idarənin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov və idarənin digər əməkdaşları həmin tədbirlərdə də iştirak edərək yeni tədris ilində müəllim və şagirdlərə uğurlar arzu etdilər, yeni dərs ilinin başlaması ilə əlaqədar onları təbrik etdilər.
Həmçinin, idarənin tabeçiliyində fəaliyyət göstərən Qazax və Ağstafa şəhər Uşaq Musiqi Məktəblərində də Bilik Günü münasibətilə tədbirlər keçirildi, şagirdlərin və müəllimlərin iştirakı ilə konsert proqramları təşkil edildi.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin
KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı


Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Uşaq Musiqi Məktəblərində Bilik Gününə həsr edilmiş tədbirlər keçirildi
Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Uşaq Musiqi Məktəblərində Bilik Gününə həsr edilmiş tədbirlər keçirildi
Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Uşaq Musiqi Məktəblərində Bilik Gününə həsr edilmiş tədbirlər keçirildi
Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Uşaq Musiqi Məktəblərində Bilik Gününə həsr edilmiş tədbirlər keçirildi
Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Uşaq Musiqi Məktəblərində Bilik Gününə həsr edilmiş tədbirlər keçirildi









www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az