t s

» » 2019-2020-ci tədris ilində 1,5 milyondan çox şagirdin təhsil alacağı proqnozlaşdırılır

2019-2020-ci tədris ilində 1,5 milyondan çox şagirdin təhsil alacağı proqnozlaşdırılır

16-09-2019, 08:13 Yazar:  Firuzə Baxılıb: 63 Çap et
2019-2020-ci tədris ilində 1,5 milyondan çox şagirdin təhsil alacağı proqnozlaşdırılır
2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 525 min 16 şagird təhsil alacaq.

Təhsil Nazirliyindən bildirilib ki, şagirdlərdən 714 min 259-u qız, 810 min 757-si isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 164 min 234, IX sinfində 122 min 43, XI sinfində isə 82 min 782 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Hazırda respublikada 322 ibtidai məktəb, 3 min 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 min 447 məktəb fəaliyyət göstərir.

Yeni tədris ilində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 43 məktəb binası şagirdlərin istifadəsinə verilib. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir. 2019-cu ildə ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilib.

2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 milyon 668 min 865 nüsxə dərslik və metodik vəsait çap edilib.

Qeyd edilən dövrdə 108 min 74 uşağın ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır. Dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qrupları üçün 3 adda 168 min 148 dərslik və metodik vəsait çap olunub.

Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr ediləcək.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə həmin dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunların iştirakının təmin edilməsi tapşırılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:19 Təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən sentyabrın 15-i ölkəmizdə “Bilik günü” kimi qeyd olunur. Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı, Heydər Əliyev Fondunun müvafiq istiqamətdə həyata keçirdiyi layihələr nəticəsində son
18:16 Məktəbəhazırlıq qrupları: tətil günləri açıqlandı Məktəbəhazırlıq qruplarına qəbul üçün ərizələrin onlayn qeydiyyatı respublika üzrə dövlət ümumi təhsil, o cümlədən məcburi köçkün məktəbləri və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir. Bu barədə Axar.az-a Təhsil Nazirliyindən məlumat verilib. Nazirlik
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
20:57 100 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verildi - QAZAXDA Bəlkə də bu gün yeni istifadəyə verilən Qazax şəhərindəki körpələr evi və uşaq bağçası qərb bölgəsində ilk dəfə və birincidir. Rayon icra hakimiyyətinin başçısı, rayonda yeni-yeni iş yerlərinin açılmasında, tikinti və quruculuq işlərinin sürətlə və davamlı aparılmasında birbaşa yüksək əməyi olan
13:09 Azərbaycanda bir sıra təhsil müəssisələrinin adları dəyişdirildi Əmrin icrasına nəzarət Aparat rəhbəri Mətin Eynullayevə həvalə olunub. Təhsil naziri Mikayıl Cabbarov təhsil müəssisələrinin adlarının dəyişdirilməsi barədə əmr imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib. Əmrə əsasən, Sumqayıt şəhər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az