t s

» » Türk Şurası Özbəkistanın təşkilata üzv olması ilə əlaqədar bəyanat yayıb

Türk Şurası Özbəkistanın təşkilata üzv olması ilə əlaqədar bəyanat yayıb

15-09-2019, 20:19 Yazar:  Firuzə Baxılıb: 49 Çap et
Türk Şurası Özbəkistanın təşkilata üzv olması ilə əlaqədar bəyanat yayıb
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Özbəkistan Respublikasının təşkilata üzv olması ilə əlaqədar bəyanat yayıb.

Mediaxeberleri.az
xəbər verir ki, Türk Şurasının Baş katibi Bağdad Amreyevin imzaladığı bəyanatda 2009-cu ildə Naxçıvan Sazişi ilə əsası qoyulan və indiyə qədər Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu Türk Şurasına daha bir türkdilli ölkənin - Özbəkistanın da qoşulduğu bildirilir.

Vurğulanır ki, Naxçıvan Sazişinin Özbəkistan Respublikası tərəfindən ratifikasiyası 2019-cu il sentyabrın 14-də tamamlanıb. Bununla, Özbəkistan Respublikası Türk Şurasının tamhüquqlu üzvü olacaq. Bu tarixi qərar Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf edir. Bu il oktyabrın 15-də Bakıda keçiriləcək Türk Şurasının 7-ci Zirvə görüşündə Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə qardaş Özbəkistanın nümayəndə heyəti də iştirak edəcəkdir.

“Bu, tarixi hadisədir. Qardaş Özbəkistanın Türk Şurası ailəsinə qoşulmasını alqışlayır və inanıram ki, bu əlamətdar hadisə Türk Şurasının fəaliyyətinə, türkdilli ölkələr və xalqlar arasında getdikcə artan əməkdaşlığa mühüm təkan verəcək”, - deyə bəyanatda qeyd olunur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az