t s

» » Elmar Məmmədyarov Marneulidə azərbaycanlılarla görüşüb

Elmar Məmmədyarov Marneulidə azərbaycanlılarla görüşüb

20-02-2015, 19:48 Yazar:  Aygün Baxılıb: 616 Çap et
Elmar Məmmədyarov Marneulidə azərbaycanlılarla görüşübGürcüstanda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda soydaşlarımızla görüşüb. Teleqraf.com-un məlumatına görə, görüşdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, səfir Azər Hüseyn, Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatlar, Kvemo-Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili, Gürcüstan baş nazirinin müşaviri Savalan Mirzəyev və digər rəsmi şəxslər iştirak edib. E.Məmmədyarov Azərbaycan dövlətinin, xüsusilə prezident İlham Əliyevin xarici ölkələrdə yaşayan soydaşlarımıza, eləcə də Gürcüstandakı azərbaycanlılara daim diqqət və qayğı göstərdiyini bildirib. Qeyd edib ki, Azərbaycanın dövlət və hökumət rəsmilərinin tez-tez Gürcüstana səfər etmələri, belə görüşlərin təşkili bunun əyani sübutudur. Nazir Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən və Gürcüstanın da iştirak etdiyi Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP və digər layihələrin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu layihələr Azərbaycanda və Gürcüstanda yaşayan xalqların sosial-iqtisadi, mədəni inkişafına təkan verəcək. Görüşdə iştirak edən soydaşlarımız Azərbaycan dilində mükəmməl bilən kadrların hazırlanmasından, təhsil müəssisələrinin Azərbaycan dilində dərsliklərlə təmin olunmasından, səhiyyə, kənd təsərrüfatı və s. sahələrdə mövcud olan problemlərdən danışıblar. Mahir Məmmədov məlumat verib ki, SOCAR-ın Gürcüstan nümayəndəliyi fəaliyyətə başladığı 2006-cı ildən bu günədək azərbaycanlıların işsizlik, təhsil və digər problemlərini daim diqqət mərkəzində saxlayıb. Bu gün SOCAR-ın Gürcüstan nümayəndəliyinin müəssisələrində çalışanların 700-dən çoxu azərbaycanlılardır və onların da 218 nəfəri mühəndis və texniki işçilərdilər. SOCAR-ın maliyyə dəstəyi hesabına Gürcüstanın nüfuzlu ali təhsil ocaqlarında 1650 tələbə təhsil alır. Nümayəndəlik soydaşlarımızla bağlı yeni layihələr üzərində çalışır. Bildirilib ki, bu ölkədə yaşayan soydaşlarımızın kənd təsərrüfatı sahəsindəki problemlərinin həllinə kömək məqsədilə regionda böyük soyuducu anbar tikilir. Sonra komitə sədri Ramiz Həsənov, səfir Azər Hüseyn soydaşlarımızın qaldırdıqları məsələlərə aydınlıq gətiriblər. E.Məmmədyarov bu məsələlərin bir daha nəzərdən keçiriləcəyini və öz həllini tapacağını bildirib. Marneulidə yaşayan azərbaycanlılar prezident İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib, bu cür səfərlərin və görüşlərin əhəmiyyətini qeyd ediblər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:16 Nazir: Bakı-Tbilisi-Qars dəmiryolu Orta Asiya ölkələri üçün də önəmli olacaq “Layihə böyük bir inkişaf yaradacaq”. Biz tam şəkildə inanırıq ki, Bakı-Tbilisi-Qars dəmiryolu Orta Asiya ölkələri üçün də önəmli olacaq. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Gürcüstanda səfərdə olan Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov Tbilisidə həmkarı Tamar Beruçaşvili ilə
16:20 "Ermənistan çıxılmaz vəziyyətdə qalacaq" Regionda dondurulmuş münaqişələrin mövcudluğu Azərbaycanın, eləcə də Gürcüstanın inkişafına mane olur. Trend xəbər verir ki, bunu cümə axşamı Tbilisidə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcü həmkarı Tamar Beruçaşvili ilə birgə mətbuat konfransında deyib. E.Məmmədyarov bildirib
10:45 Azərbaycan-Gürcüstan sərhədindəki özbaşınalıqlar səngimir Zəlimxan Məmmədli: “İndiyə qədər nə demişiksə...”; Kamran Ramazanlı: “Külli miqdarda rüşvət insanları bezdirir” Azərbaycanla sərhəd ölkələrə gedib-gələn vətəndaşlar ciddi problemlərlə üzləşirlər. Getdikcə vətəndaşlarımız üçün sərhədi keçmək ən əzablı problemə çevrilməkdədir. Gürcüstan
10:38 Məmmədyarov Gürcüstana rəsmi səfərə yola düşüb Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana rəsmi səfərə yola düşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində E. Məmmədyarovun Gürcüstanın yüksək rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az