t s

» » "Beşiktaş"-"Qaziantep" qarşılaşması: beş qol və üç qırmızı vərəqə

"Beşiktaş"-"Qaziantep" qarşılaşması: beş qol və üç qırmızı vərəqə

15-09-2019, 08:08 Yazar:  Firuzə Baxılıb: 140 Çap et
"Beşiktaş"-"Qaziantep" qarşılaşması: beş qol və üç qırmızı vərəqə
Futbol üzrə Türkiyə Superliqasının dördüncü turu çərçivəsində "Beşiktaş" səfərdə "Qaziantep"lə qarşılaşıb.

Mediaxeberleri.az
xəbər verir ki, gərgin keçən oyun hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşün 6-cı dəqiqəsində oyunun hakimi İstanbul təmsilçisinin müdafiəçisi Domaqoy Vidanı qapə qarşısında kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırıb. "Beşiktaş"ın qapısına təyin olunmuş onbir metrlik cərimə zərbəsini meydan sahiblərinin hücumçusu Patrik Tvumasi məharətlə yerinə yetirib. Birinci hissə elə bu hesabla bitib.

İkinci hissənin 59-cu dəqiqəsində "Qaziantep"in hücumçusu Guray Vural hesabı 2:0-a çatdırıb. Qarşılaşmanın 75-ci dəqiqəsində hər iki komandanın futbolçularının mübahisəsinə görə hakim "Beşiktaş"ın futbolçusu Mohamed Elneniyə və meydan sahiblərinin hücumçusu Olarenvaju Kayodeyə qırmızı vərəqə göstərib.

Meydançada azlıqda qalan "Beşiktaş" 79-cu dəqiqədə qapısında daha bir qol görüb. "Qaziantep"in üçüncü qoluna yarımmüdafiəçi Raman Çibsah imza atıb. Lakin qonaqlar cəmi 4 dəqiqə sonra Umut Nayirin vuduğu qol sayəsində hesab arasındakı fərqi azaldıb. "Beşiktaş"ın yarımmüdafiəçisi Atiba Hutçinson isə komandasının ikinci qolunu vurub. Qalan vaxt ərzində hesab dəyişməyib. Beləliklə, "Beşiktaş" səfərdə "Qaziantep"ə 3:2 hesabı ilə məğlub olub.

Turun digər iki oyunu heç-heçə nəticələnib: "Başakşəhər"-"Sivasspor" – 1:1, "Antalyaspor"- "Kayserispor" - 2:2.

Hazırda "Beşiktaş" 4 xalla turnir cədvəlinin 11-ci pilləsində yer alır.

Turun digər oyunları sentyabrın 15 və 16-da keçiriləcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:39 Türkiyə Superliqası: "Fənərbağça" yeni mövsümə böyükhesablı qələbə ilə başladı Avqustun 19-da futbol üzrə Türkiyə Superliqasının 2019-2020-ci illər mövsümündə ilk turun sonuncu oyunu keçirilib. Mediaxeberleri.az xəbər verir ki, ötən mövsümün altıncısı İstanbulun "Fənərbağça" komandası "Şükrü Saracoğlu" stadionunda çempionatın debütantı "Qazişəhər Qaziantep"i qəbul edib. Baş
07:01 “Qarabağ”dan məhsuldar heç-heçə - YENİLƏNİB “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununa çıxıb. Azərbaycan çempionu səfərdə İrlandiyanın “Dundalk” komandası ilə qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb. Azərbaycan çempionu 5-ci dəqiqədə erkən qola imza atsa da, sona qədər üstünlüyünü qoruya bilməyib.
08:01 Prezident İlham Əliyev final oyununa baxdı - FOTO Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub. Mediaxeberleri.az Azərtac-a istinadən xəbər verir ki, Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti
08:56 Futbol üzrə Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub Futbol üzrə Azərbaycan milli komandası IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. Mediaxberleri.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən final görüşündə Azərbaycan milli komandası Oman yığmasına 2:1 hesabı ilə qalib gələrək İslamiadanın qızıl medalını qazanıb.
02:00 Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti iki oyunu keçirilib UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti iki oyunu keçirilib. Parisdə yerli “PSJ” komandası turnirin favoritlərindən olan “Barselona”nı qəbul edib. Görüşün 13-cü dəqiqəsində Lionel Messinin fərqlənməsinə qapı dirəyi mane olsa da, beş dəqiqə sonra argentinalı ulduzun gözəl

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az