t s

» » Ağstafada üzümçülüyün əvvəlki şöhrəti qaytarılır

Ağstafada üzümçülüyün əvvəlki şöhrəti qaytarılır

14-09-2019, 21:46 Yazar:  Firuzə Baxılıb: 92 Çap et
Ağstafada üzümçülüyün əvvəlki şöhrəti qaytarılır
Respublikamız üçün ənənəvi sayılan sahələrdən biri də üzümçülük olmuşdur. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra bir sıra sahələrlə yanaşı üzümçülüyün inkişafı da iflic vəziyyətinə düşdü. Ancaq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkə iqdisadiyyatında o cümlədən üzümçülükdə dirçəliş başladı.

Bu gün Heydər Əliyev kursunun layiqli davamçısı dövlətimizin başçısı Cənab İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycanda qeyri-neft sektorunun o cümlədən aqrar sahənin inkişafı, iqtisadiyyatın şaxələndirilməsi sürətlə davam etdirilir. Aqrar sahəyə dövlət tərəfindən diqqət və qayğı öz bəhrəsini verir. Respublikanın hər yerində olduğu kimi Ağstafa rayonunda da aqrar sahə özünün bu gün inkişaf dövrünü yaşayır. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quluyevlə söhbət zamanı bildirdi ki, respublika Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə aqrar sahəyə dövlət tərəfindən göstərilən diqqət, verilən subsidiyalar, olunan güzəştlər və digər mühüm tədbirlər öz bəhrəsini verir. Dövlətimizin Başçısı çıxışı zamanı demişdir ki, biz üzümçülüyün inkişafına xüsusi diqqət yetirməliyik. Azərbaycanda vaxtılə Ulu Öndər Heydər Əliyevin səyləri və təşəbbüsü nəticəsində üzümçülük çox sürətlə inkişaf etmişdir. Eyni zamanda Dövlət Başçısının 2011-ci il 15 dekabr tarixli 1890 nömrəli sərəncamı ilə "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" təsdiq olunmuşdur. Bu proqramdan irəli gələn vəzifələr rayonda uğurla icra olunur. Ağstafada üzümçülüyün inkişaf etdirilməsində innovativ metodlardan istifadə olunur. Bu qiymətli bitkinin faydaları və gəlirli sahə olması rayonda daim təşviq olunur. İcra başçısı vurğuladı ki, növbəti illərdə üzümçülüyün inkişafına münbit şərait yaradılacaq, yeni üzüm bağları salınacaq və sözsüz ki, yüksək aqrotexniki qulluq nəticəsində bol məhsul əldə olunacaqdır. Hazırda Ağstafada 476,4 ha üzüm bağı mövcuddur. Bundan 410 ha-ı bar verən, 66,4 ha-ı isə sonradan salınmış cavan bağlardır. Biz üzümçülüklə məşğul olan bir neçə təsərrüfatın işi ilə maraqlandıq. Əvvəlcə rayonun nümunəvi təsərrüfatlarından olan Pirili kəndindəki Allahverdiyev Akif Şamil oğlunun rəhbərlik etdiyi təsərrüfata baş çəkdik. Təsərrüfat rəhbəri qeyd etdi ki, əvvəllər aqrar sahənin başqa sahəsi ilə məşğul olublar. Sonradan gəlirli sahə olan üzümçülüyə üstünlük vermişlər. Təsərrüfatda 60 ha üzüm bağı yüksək aqrotexniki qaydada becərilir. Bağda müxtəlif texniki və süfrə sortları yetişdirilir. Əsasən "Moldova", "Təbrizi", "Ağadayı" süfrə sortları və "Kabardina Savilye" texniki sortu becərilir. Qeyd etmək lazımdır ki, texniki sort üzümün tingləri Fransadan gətirilmişdir. Hazırda süfrə sortlarının qızğın yığımı aparılır. Təsərrüfatda 30 nəfər daimi, 30-40 nəfər isə mövsümü işlə təmin olunmuşdur. İşlərin normal aparılması üçün kifayət qədər kənd təsərrüfatı texnikaları vardır. Bağlara verilən mineral gübrələr dövlət tərəfindən 70% güzəştli qiymətlə fermerlərə satılır. Fermer dövlət tərəfindən üzümçülüyün daha sürətli inkişafını təmin etmək üçün hər hektara verilən 50 AZN subsidiyanı yüksək qiymətləndirdi. Təsərrüfat rəhbəri yaxın gələcəkdə məhsulun normal saxlanması üçün soyuducu kameranın inşa olunacağını qeyd etdi.

Rayonun böyük yaşayış məntəqələrindən olan Poylu kəndində də əhalinin üzümçülüyə marağı gündən-günə artır. Fermer Qədimov Qədim Adil oğlunun rəhbərlik etdiyi təsərrüfatda da ürək açan mənzərə ilə qarşılaşdıq. Bağda becərilmədə mütərrəqi üsullardan istifadə olunması bol məhsula zəmin yaratmışdır. Bu təsərrüfatda da üzüm yığımı sürətlə davam etdirilir.

Əldə olunan məhsulun 1 kq-ı 1 manata satılır. Bu qiymət fermerləri tam razı salır. Təsərrüfatda 5 nəfər daimi, 15-20 nəfər isə mövsümi işlə təmin olunur. Verilən məvacib işçilərin ürəyincədir. Fermerlərlə söhbət zamanı onlar təkliflə çıxış edərək bildirdilər ki, rayonda soyuducu kameralar, ən başlıcası isə şərab emalı müəssisələri yaradılsın. Belə olan halda məhsul itkisi tam aradan qaldırılar. Eyni zamanda istehsal olunan müxtəlif şərab məhsulları "Ağstafa brendi" altında satışa çıxarılar. Rayonun digər yaşayış məntəqələrində də üzümçülüyün inkişafında ürək açan mənzərə ilə qarşılaşmaq olar.

Qeyd etmək lazımdır ki, ötən il Ağstafada hər ha-dan 172 s üzüm götürülmüşdür. Cari ildə aparılmış düzgün becərilmənin nəticəsidir ki, bu rəqəm 190-200 s proqnozlaşdırılır.

Göründüyü kimi üzümçülüyün inkişafı rayon iqtisadiyyatına müsbət təsir göstərməklə yanaşı insanların işlə təminatında da müstəsna rol oynayır. Əminliklə qeyd etmək lazım olar ki, növbəti illərdə Ağstafada üzüm bağlarının sahəsi daha da genişləndiriləcəkdir.




Vəli Vəliyev

"Respublika"




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az