t s

» » Məktəbə forma ilə getməyən şagirdlərin cəzası nə olacaq? - Təhsil Nazirliyi cavablandırdı- ÖZƏL

Məktəbə forma ilə getməyən şagirdlərin cəzası nə olacaq? - Təhsil Nazirliyi cavablandırdı- ÖZƏL

13-09-2019, 20:11 Yazar:  Alçina Baxılıb: 71 Çap et
Məktəbə forma ilə getməyən şagirdlərin cəzası nə olacaq? - Təhsil Nazirliyi cavablandırdı- ÖZƏL
Məlum olduğu kimi, 2020-2021-ci tədris ilindən ölkənin ümumtəhsil məktəblərində vahid məktəbli forması tətbiq olunacaq.

Təhsil Nazirliyi məktəbli formalarının çeşidləri ilə bağlı nümunələri bir neçə ay əvvəl Nazirlər Kabinetinə göndərib. Nazirlər Kabineti nümunəvi məktəbli formalarını təsdiqlədikdən sonra məktəblər onların əsasında seçim həyata keçirə biləcək.

Daha sonra bir qayda olaraq ölkədə fəaliyyət göstərən bütün dövlət təhsil müəssisələrində vahid məktəbli forması tətbiq ediləcək.

Sentyabrın 16-da başlayacaq bu tədris ilində isə hər məktəbin seçimi əsasında şagirdlər məktəbli forması geyəcəklər. Ancaq valideynləri düşündürən bir məqam da var ki, bu da hazırda vahid məktəbli formasının icbari olmaması ilə əlaqədar şagirdlərin geyimi ilə bağlı məqamdır.

Başqa sözlə, məktəbli forması ilə dərsə getməyənlərin cəzası olacaqmı? Forma almayan valideyn övladıın məktəbə başqa geyimlə göndərə bilərmi?

Təhsil Nazirliyi Cebhe.info-nun bununla bağlı sorğusunu cavablandırıb. Cavabı olduğu kimi təqdim edirik:

“2019-2020-ci dərs ilində əvvəllər olduğu kimi məktəblərin seçimi əsasında məktəbli forması tətbiq olunacaq. Hər bir məktəbdə seçilən məktəbli formasının tətbiqi və ona əməl olunması zəruridir. Məktəbli forması ilə dərsə gəlməyən şagirdin valideyni ilə izahat və maarifləndirici söhbətlər aparılaraq, məktəb pedaqoji şurasının qərarına hörmətlə yanaşılması və şagirdin məktəbli formasında gəlməsi təmin olunmalıdır”.

Alçina Amilqızı




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az