t s

» » Ən qədim şəfa üsullarından biri - Masaj

Ən qədim şəfa üsullarından biri - Masaj

13-09-2019, 07:39 Yazar:  Firuzə Baxılıb: 25 Çap et
Ən qədim şəfa üsullarından biri - MasajMasaj bəlkə də ən qədim şəfa üsuludur və tarixboyu bütün mədəniyyətlərdə ondan istifadə edilib. Yunan alimi Hippokratın "anatrpsis" adlandırdığı bu üsul sonralar ovuşdurma, əllə müalicə və ovma adlandırılıb. Dilimizdə masaj sözü nisbətən yenidir və ərəbcədən tərcümədə "əllə sığallamaq" mənası verir.

Mediaxeberleri.az xəbər verir ki, qədim Çin, Hindistan və Misir əlyazmalarında masajdan xəstəliklərin qarşısını almaq, sağaltmaq və yaraları yaxşılaşdırmaq məqsədilə istifadə edildiyi öz əksini tapıb. Roma həkimi masaj və məşqlə əlaqədar ən azı on kitab yazıb və onun bir sıra fikirləri indi də öz əhəmiyyətini itirməyib. XVIII və XIX əsrlərdə isveçli Per Henrik Lingin təsiri ilə Avropada masaja rəğbət artıb və onun masaj sistemi Avropa səviyyəsində yayılıb. Ling tibbi gimnastika və masaja böyük əhəmiyyət verib.

Hindistanda analar uşaqlarını masaj edər və sonra da onlardan eyni hərəkətləri valideynləri üzərində təkrar etməsini tələb edərdilər. XIX əsrin axırlarında masajdan məşhur tibbi müalicə üsulu kimi cərrah və həkimlər tez-tez istifadə etməyə başlayıblar. 1894-cü ildə Londonda səkkiz qadının təşəbbüsü ilə Təhsilli Masajçı Dərnəyi yaradılıb və onlar Fiziki Müalicə Dərnəyi adlanan şəfa mərkəzinin qurucuları hesab olunurlar.

Ölkəmizdə masajın özünəməxsus tarixçəsi var, hələ keçmişdə hamamlarda kisə çəkməklə badəni yumşaldır və soyuqdəymə zamanı kürəyi ovmaq və ayaqlamaqla xəstəliyin qarşısını alardılar. O vaxt kortəbii şəkildə aparılan masaj müasir dövrdə daha geniş yayılıb.

Masaj sağlamlığa faydalı təsir göstərir, qan dövranını nizamlayır, əzələləri boşaldır, həzmə kömək edir. Onun faydası yalnız masaj edilən tərəfindən deyil, həm də masajçı tərəfindən də hiss olunur. Əlləri bədən üzərində gəzdirmək həm masaj edən, həm də edilən üçün rahatlaşdırıcı təsir göstərir.

Təbabətdə iki cür masaj aparılır: yüngül və güclü masaj. Yüngül masajın təsiri nəticəsində beyin qabığında tormozlayıcı proseslər qüvvətləndiyindən əməliyyatdan sonra yatmaq meyili oyanır. Güclü masaj nəticəsində isə dəridə hissi sinirlərin oyanması zəifləyir və bir sıra xəstəliklərdə ağrıların azalmasına və tamamilə çəkilməsinə səbəb olur. Yerli və reflektor təsirlər nəticəsində masaj qan və limfa dövranını sürətləndirir, orqanizmin möhkəmlənməsinə səbəb olur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az