t s

» » Deputat: Dövlət büdcəsində maaş, pensiya artımları üçün daha çox vəsait ayrılacaq

Deputat: Dövlət büdcəsində maaş, pensiya artımları üçün daha çox vəsait ayrılacaq

12-09-2019, 10:30 Yazar:  Firuzə Baxılıb: 29 Çap et
Deputat: Dövlət büdcəsində maaş, pensiya artımları üçün daha çox vəsait ayrılacaqAzərbaycanda büdcənin tərtibatı prosesində gəlir və xərclər ölkənin iqtisadi artım templərindən kəskin şəkildə fərqlənir. Ona görə ki, büdcənin xeyli hissəsi - bir qayda olaraq yarıya qədəri Dövlət Neft Fondundan ayırmalar hesabına formalaşır.

Bunu Mediaxeberleri.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

“Bu şəkildə formalaşan büdcəni kənardan proqnozlaşdırmaq, 2020-ci ilin büdcənin gəlir və xərcləri, eləcə də, əsas maddələr üzrə xərcləmələrin səviyyəsinin necə olacağını proqnozlaşdırmaq mümkünsüzdür”, - deyə Ə.Məsimli əlavə edib.

Deputat xatırladıb ki, 2019-cu ildən həyata keçirilməyə başlanılan sosial paket 4,2 milyon əhalini əhatə edir.

Ə.Məsimli sosial layihələrin 2020-ci ildə də davam edəcəyini bildirib.

“Onun maliyyə tutumunun xeyli hissəsi dövlət büdcəsinin üzərindədir. 2020-ci ildə 2019-cu ildən həyata keçirilməyə başlanılan sosial paketin reallaşdırılmasına, artan əməkhaqqı, pensiya, müavinət və digər ödənişlərin maliyyələşdirilməsinə cari ildəkindən daha çox büdcə vəsaiti ayrılacaq”.

Komitə üzvünün fikrincə, bu məntiqlə 2020-ci ildə büdcədən sosial proseslərin tənzimlənməsinə yönəldilən hissə artacaq.

Xatırladaq ki, Maliyyə Nazirliyinin Kollegiyası 2020-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələrinin Nazirlər Kabinetinə təqdim olunmasına dair qərar qəbul edib.

Maliyyə naziri, Kollegiyanın sədri Samir Şərifov bildirib ki, 2020-ci ilin icmal və dövlət büdcələrinin layihələri Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi və sosial inkişaf prioritetləri, büdcə sistemi haqqında qanunvericiliyin tələbləri, qlobal iqtisadiyyatda gedən proseslər, onların ölkə iqtisadiyyatına mümkün təsirləri, o cümlədən, İqtisadiyyat Nazirliyinin ortamüddətli dövrdə iqtisadi və sosial inkişafa dair proqnozları, habelə dövlət maliyyə sisteminin orta və uzunmüddətli dövrdə qarşısında duran çağırışlar nəzərə alınmaqla hazırlanıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:57 Nazirlik dövlət büdcəsi ilə bağlı qərar qəbul etdi Maliyyə Nazirliyinin Kollegiyası 2020-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələrinin Nazirlər Kabinetinə təqdim olunmasına dair qərar qəbul edib. Axar.az xəbər verir ki, sentyabrın 9-da Maliyyə Nazirliyində Azərbaycan Respublikasının 2020-ci il və orta müddətli dövrdə icmal və dövlət
12:14 Üzü inkişafa doğru gedən Qazax və... - FOTOLAR Qazax o rayonlardandır ki, ölkəmizə neçə-neçə tanınmış sima bəxş edib. Yəni Qazax rayonu xatırlananda ilk olaraq yada düşən məhz onun görkəmli şəxsiyyətləridir. Ən azından dünənə qədər belə idi və bu gün də deyə bilərik ki, artıq Qazax həm də bir gözəllik, həm yerli və həm də xarici qonaqlarımızın
21:49 Prezident fərman İMZALADI Prezident İlham Əliyev "Ortamüddətli xərclər çərçivəsinin icrasının təmin edilməsi ilə bağlı əlavə tədbirlər və “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli fərmanında dəyişiklik
20:08 Azərbaycanda sahibkarlığın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev - Məmməd müəllim, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasət yeni dövrün tələbinə uyğun daha innovativ inkişaf kursu götürərək Azərbaycana böyük uğurlar
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az