t s

» » Regionlarda internet niyə bərbaddır? – İnhisarçılıq, köhnə texnologiya və…

Regionlarda internet niyə bərbaddır? – İnhisarçılıq, köhnə texnologiya və…

12-09-2019, 08:59 Yazar:  Firuzə Baxılıb: 34 Çap et
Regionlarda internet niyə bərbaddır? – İnhisarçılıq, köhnə texnologiya və…
Regionlarda internetin sürət və keyfiyyəti ilə bağlı müəyyən problemlər var. Son statistikalara baxanda görmək olar ki, Azərbaycanda internet sürəti nəinki dünyanın statistik göstəricilərindən, həmçinin qonşu ölkələrdəki mövcud rəqəmlərdən aşağıdır.

Bu hal xüsusilə bölgələrdə daha çox müşahidə olunur. Əsasən də ev telefonu ilə çəkilən ADSL internet sürətinin çox aşağı olduğu bildirilir.

Məsələyə aydınlıq gətirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Sherg.az”a açıqlamasında vurğulayıb ki, hələlik regionlarımızda köhnə texnologiyadan istifadə olunur. Onun sözlərinə görə, müxətlif rayon və kəndlərdə ADSL texnologiyası var:

“ ADSL texnologiyası telefon xəttinin üzərinə olan internetdir. Regionlarda 90 faiz əhalinin internetin ev telefon xəttinin üstündə oturub. Ev telefonundan istifadə etmirlər, çünki hamının mobili var. Amma ev telefonu xəttinin üstündə olan internetdən istifadə edirlər. Bu isə köhnə texnologiyadır. Avropada, inkişaf etmiş ölkələrdə demək olar ki, bu texnologiya sıradan çıxarılıb”.

O.Gündüz qeyd edib ki, bizə qonşu olan ölkələrin internet provayderlərinin siyahısına daxil olanda orada ADSL texnologiyasına rast gəlmək olmur:

“Çünki həmin ölkələrin hamısında kabel internetindən istifadə olunur. Regionlarda internetin keyfiyyətsiz olmasının başqa səbəbi də var. Həmin səbəb bundan ibarətdir ki, region internetində ciddi inhisarçılıq var. İnhisarçılıq isə əsasən dövlət provayderi olan “Aztelekom”dur. “Aztelekom”un xüsusi çəkisi hədsiz dərəcədədir.

Yəni, region internet istifadəçilərinin 90 faizi interneti “Aztelekom”dan alır. Özəl provayderlərə imkan vermirlər ki, regionda vətəndaşlara yüksək xidmət göstərilsin. Bu, olduqca ciddi problemdir. Regionda rəqabətli mühit və vətəndaşın seçim imkanı olmadığı üçün bu internetin keyfiyyətinə təsir edən amildir.

Həmçinin “Aztelekom”un internet qiymətləri də olduqca biabırçıdır. Qiymətlər yüksək, internet keyfiyyətsiz, rəqabət isə yoxdur. Ona görə də son dövrlər beynəlxalq qurumların hesbatlarında Azərbaycanda internetin adam başına düşən sürətin həcmi son 2-3 ildə 42 pillə geriləyib. İndi 142-ci yerdəyik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hər məqamı öz üzərinə götürüb. Nazirliyin 2 dövlət provayderi var.

“Bakutelekom” və “Aztelekom”. Bu iki provayderin də böyük resursu yoxdur ki, bütün ölkənin internetini qaydaya salsın. Ona görə də hesab edirəm ki, bu sahədə azad mühit yaranmalı, özəl provayderlərin resurslarından istifadə olunmalıdır. Həmçinin əhaliyə yeni texnologiya ilə telefon xəttinin üstündə olan internet yox, geniş zolaqlı internet verilməlidir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:00 Azərbaycanda ilk “Əşyaların interneti” laboratoriyası yaradıldı - FOTO Cari ilin 1 may tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində Azərbaycanda “Əşyaların interneti” laboratoriyasının açılış mərasimi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, İnformasiya-Kommunikasiya
13:49 Azərbaycanın keçid balına görə ən güclü universitetləri - REYTİNQ Hər kəs çalışır ki, qəbul imtahanlarında yüksək bal toplasın və reytinqli ali təhsil müəssisəsinə daxil olsun. Çünki seçilən universitet tələbələrin gələcək iş həyatında da mühüm yer tutur. Mediaxeberleri.az Azərbaycanda I-II-III-IV-V ixtisas qrupları üzrə ən yüksək ballara görə universitetlərin
15:04 Osman Nərimanoğlu DTX-nın həbs etdiyi dostu İkram Rafiqoğlunun müdafiəsinə qalxdı – Faktlar Demokratik.az-ın rəhbəri MŞ rəhbərliyinə açıq müharibə elan etdi Tanınmış jurnalist Məhəmmədəli Qəribli öz “Feysbuk” hesabında son vaxtlar hüquq-mühafizə orqanları və Mətbuat Şurası səviyyəsində reket jurnalistika ətarfında aparılan təmizləmə işlərilə bağlı maraqlı bir müəllif yazısı paylaşıb.
09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az