t s

» » Estoniya Ukrayna vətəndaşlarına vizasız rejim tətbiq etməyi düşünür

Estoniya Ukrayna vətəndaşlarına vizasız rejim tətbiq etməyi düşünür

12-09-2019, 08:12 Yazar:  Firuzə Baxılıb: 42 Çap et
Estoniya Ukrayna vətəndaşlarına vizasız rejim tətbiq etməyi düşünür
Estoniyanın Daxili İşlər Nazirliyi Ukrayna ilə viza rejimini birtərəfli qaydada ləğv etməyi planlaşdırır.

Mediaxeberleri.az
xəbər verir ki, Estoniyanın Daxili işlər naziri Marti Xelmenin sözlərinə görə, ukraynalıların coğrafi mövqeyi və ümumi tarixi oxşarlıqları nəzərə alınarsa, bu addım məqsədəuyğun hesab edilə bilər.

Hazırda Estoniya əhalisinin sayı 1.34 milyon nəfərdir. Avropa Birliyi ölkələrində sürətlə davam edən miqrasiya nəticəsində eston mütəxəssislərinin daha yüksək əməkhaqqı müqabilində digər ölkələrdə işləməyə üstünlük verməsi ölkədə ciddi narahatlıq doğurmaqdadır. Hökumət bu boşluğu Ukraynadan və digər ölkələrdən gələn mütəxəssislərin hesabına doldurmaq niyyətindədir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:52 Vətəndaşlığı olmayanlar Azərbaycan vətəndaşlığını necə ala bilər? Azərbaycan Dövlət Miqrasiya Xidməti Trend-in və "Azernews"un suallarını cavablandırıb. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir: - Hər keçən il Azərbaycana müxtəlif məqsədlərlə gələn miqrantların sayının artdığını nəzərə alsaq, əcnəbilərin Azərbaycanda hərəkətini asanlaşdırmaq və prosesin
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
09:16 Avropa Birliyi Azərbaycana viza rejimini ləğv edir – sensasion gəlişmə Ötən ay Gürcüstanla Avropa Birliyi (AB) ölkələri arasında viza rejiminin ləğvindən sonra Azərbaycanda bu məsələnin aktiv müzakirəsi başlanıb. Hətta parlament və ən müxtəlif ekspertlər səviyyəsində AB-nin Azərbaycanla da viza rejiminin ləğvinə çağırışlar edilir. Məlumdur ki, Azərbaycan AB ilə “Şərq
09:47 Türkiyə Azərbaycan üçün güzəşti ləğv edəcək? “Prosedurlar mürəkkəbləşəcək”. Türkiyə 89 ölkə ilə həyata keçirdiyi viza razılaşmasını ləğv edə bilər. Mediaxeberleri.az xəbər verir ki, Türkiyənin “Milliyyət” qəzeti yazır ki, iyunda həmin ölkələrlə razılaşdırılmış viza qaydalarına yenidən baxılacaq. Avropa Birliyi ilə razılaşma çərçivəsində
09:26 Türkiyənin Azərbaycana qarşı viza tətbiqi yalan çıxdı, amma... Ekspert: “Heç kim gələcəkdə tətbiq olunması planlaşdırılan bu qaydalara görə Türkiyəni günahladıra bilməz” “Mətbuatda dərc edilən və Türkiyənin Azərbaycan Respublikasının vətəndaşlarına qarşı məcburi viza rejimi tətbiq edəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir”. Yuxarıdakı fikirləri

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az