t s

» » Mineral gübrələrin səyyar satışına başlanıldı

Mineral gübrələrin səyyar satışına başlanıldı

11-09-2019, 12:47 Yazar:  Firuzə Baxılıb: 43 Çap et
Mineral gübrələrin səyyar satışına başlanıldıSentyabr ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm öncəsi mövsümi mineral gübrələrin, xüsusən də, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. İlk səyyar satış sentyabr ayının 10-da Şəmkirin ucqar dağ kəndi olan Ələsgərli kəndində baş tutub.

Mediaxeberleri.az xəbər verir ki, Ələsgərli kəndindəki səyyar satış zamanı 30-dan çox vətəndaş müraciət edib və 30,700 ton ammofos gübrəsi satılıb.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışında vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Sentyabrın 11-də Şəmkirin Yenigöyçə kəndində, sentyabrın 12 -də isə Şəmkirin Çənlibel kəndində səyyar satış xidməti həyata keçiriləcək.

Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edirlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83 əlaqə nömrəsinə müraciət edə bilərsiniz.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:17 Gələn aydan mineral gübrələrin güzəştli satışına başlanır “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ammofos gübrəsinin Cəmiyyətin bütün regional nümayəndəliklərinin və rayon bölmələrinin logistik gübrə anbarlarında güzəştli şərtlərlə satışını həyata keçirir. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, ammofos gübrəsinin 1 tonunun satış qiyməti 1000
22:00 Bu rayonlarda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı oldu Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Mediaxeberleri.az xəbər verir ki, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı
20:46 Gədəbəydə səyyar gübrə satışı olacaq Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman,
14:00 Siyəzəndə azot gübrəsinin satışı həyata keçirildi Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Mediaxeberleri.az xəbər verir ki, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı
20:23 “Aqrolizinq”in azot alveri- Fermerlərə "gübrə divanı" “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlıdakı bölməsi fermerlərə çatacaq azot gübrəsini açıq bazarda satdırır. Azot gübrəsinin bir kisəsinin fermerlərə dövlət tərəfindən satışı 9 manat 10 qəpikdir. 9 manat azot gübrəsi üçün, 10 qəpik isə fəhlənin əlmuzdusu kimi hesablanır. Sözügedən gübrənin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az